Ru
Bakı
USD
EUR
GBP
RUB

GİMİD İB-nin layihəsi uğurla yekunlaşdırdı (FOTO)

news photo

12.12.2019 12:26 // Gənclər üçün

29 noyabr 2019-cu il tarixində Bakı şəhərində “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi  Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycanda dövlət və din münasibətləri” adlı növbəti sonuncu tədbirini keçirdi.

İctimai birlikdən Youthportal.az-a bildirilib ki, tədbiri layihə direktoru, DQİDK yanında ictimai şuranın üzvü Asim Vəliyev açaraq iştirakçılara ictimai birlik, həyata keçirilən layihənin donoru və layihə barədə ətraflı məlumat verib. O,  vurğuladı ki, Azərbaycanda dövlət və din münasibətlərindən, hər sahədə olduğu kimi dini sahəyədə dövlət qayğısından və dövlət tərəfindən görülən işlərin əhəmiyyətindən danışdı.

Daha sonra hüquqşünas-ekspert Rəşad Nəbiyev dövlət və din münasibətlərinin qanunvericiliklə tənzimlənməsindən və dövlət siyasətindən danışdı. Sonra İlahiyyatçı ekspert, Müşfiq Nəcəfov dini radikalizm, islamafobiya, antisemitizm və s mövzularda iştirakçıları maarifləndirdi.

Tədbirin sonunda çıxış edən “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyinin sədri Elçin  Manafov gənclərə son illərdə dövlət tərəfindən aparılan işlərdən multikultural dəyərlərdən, dini radikalizmə qarşı mübarizədən, dini məbədlərə dövlət qayğısından və dövlət siyasətindən danışdı. Həmçinin layihə çərçivəsində 200 –dən artıq insana birbaşa seminar verilməsi, sosial şəbəkələr üzrə isə 3000-dən artıq insanın layihə ilə bağlı maarifləndirilmə aparılması haqqında da iştirakçılara məlumat verdi.

          Tədbirdə universitet tələbələrindən ibarət gənclər iştirak edirdi. Tədbir diskussiya və müzakirə şəraitində keçdi. İştirakçıları maraqlandıran suallar  cavablandırıldı, maarifləndirici əyani vasitələr paylanıldı və sonda xatirə şəkilləri çəkdirildi.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi