Ru
Bakı
USD
EUR
GBP
RUB

“Geologiya Olimpiadası” layihəsinin bağlanış mərasimi keçirilib (FOTO)

news photo

26.12.2016 17:00 // Cəmiyyət

Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə tanınmış Azərbaycan mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin 86 illiyinə həsr olunmuş “Geologiya olimpiadası” layihəsinin bağlanış mərasimi keçirilib.

Olimpiadanın keçirilməsində əsas məqsəd tələbə-gəncləri X.Yusifzadənin elmi fəaliyyəti və ixtiraları ilə daha dərindən tanış etmək, geologiya sahəsində onların biliklərinin artırılmasından ibarət olmuşdur. Layihə 2 mərhələdən (yarımfinal və final) ibarət olub. Layihə çərçivəsində gənclərə sual kitabçaları paylanılıb və hər iki mərhələ uğurla həyata keçirilib.

I mərhələdə (yarımfinalda) ən yüksək nəticə göstərən 20 iştirakçı II mərhələyə keçid imkanı qazanıb. Layihə sonunda qaliblər diplom və sertifikatlarla mükafatlandırılıb.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi