Ru
Bakı
USD
EUR
GBP
RUB

Gəncliyin BİR həftəsini birlikdə yaşayaq (FOTO)

news photo

28.01.2019 09:39 // Gənclər üçün

27 yanvar – 2 fevraladək Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə “Gəncliyin BİR həftəsi” adlı tədbir həyata keçiriləcək.

Təhsil Nazirliyindən Youthportal.az-a bildirilib ki?“Gəncliyin BİR həftəsi” gənc tələbə-könüllülərin  şəxsiinkişafının təmin olunması, dünyagörüşünün artırılması, könüllülük dəyərlərinin aşılanması, asudə vaxtın səmərəli dəyərləndirilməsi məqsədi daşıyır.

“Gəncliyin BİR həftəsi”ndə hər gün Proqramın 6 istiqamətini (Yaşa, Yaşat, Öyrən, Öyrət, Kəşf et, Zövq al) təmsil edəcək və çərçivəsində təlimlər, intellektual oyunlar, komanda oyunları, konsert proqramı olacaq.

Siz də bu tədbirin bir iştirakçısı olmaq, vaxtınızı səmərəli keçirmək istəyirsinizsə, aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz.

Qeydiyyat və ətraflı məlumat üçün:

https://konullu.edu.az/az/tedbir/gencliyin-bir-heftesi-muraciet.html

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20,000-dən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.

 

news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Zoologiya İnstitutu vakansiya elan edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi