Ru
Bakı
USD
EUR
GBP
RUB

“Gəncliyin bir həftəsi”ndə 37 təhsil müəssisəsindən 300-dən çox tələbə-könüllü iştirak etdi (FOTO)

news photo

06.02.2019 13:29 // Cəmiyyət

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə 2 fevral - Azərbaycan gəncləri günü münasibətiləkeçirilən "Gəncliyin BİR həftəsi" adlı tədbirdə Proqrama daxil 7 şəhəri əhatə edən 37 təhsil müəssisəsindən olan 300-dən çox tələbə-könüllü iştirak etdi.

Təhsil Nazirliyindən Youthportal.az-a bildirilib ki, 500-dən çox müraciət gələn tədbirdə hər gün Proqramın 6 istiqamətini (Yaşa, Yaşat, Öyrən, Öyrət, Kəşf et, Zövq al) təmsil edib.

27 yanvarda peşəkər təlimçinin iştirakı ilə “Gələcəkdə mən” adlı təlim, 28 yanvarda jest və işarə dili təlimi, 29 yanvarda Breyn rinq intellektual oyunu, 30 yanvarda AİESEC Azərbaycan tərəfindən beynəlxalq könüllülük haqqında seminar və İçərişəhərdə “Code Tusi” intellektual komanda oyunu, 31 yanvar tələbə-könüllülər və musiqiçilərin ifasında konsert proqramı, 1 fevralda isə “Üçüncü Bahar” təşəbbüs qrupunun üzvləri üçün musiqili saatlar təşkil olunub.

"Gəncliyin BİR həftəsi" gənc tələbə-könüllülərin  şəxsiinkişafının təmin olunması, dünyagörüşünün artırılması, könüllülük dəyərlərinin aşılanması və gənc tələbə-könüllülərin asudə vaxtının səmərəli dəyərləndirilməsi məqsədi daşıyır.

Tədbir 27 yanvardan 2 fevral tarixlərini əhatə edir.

Tədbirə Azərbaycan İntellektual Klublar Assosiasiyası, “Code Tusi” komandası, İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi, AIESEC Azərbaycan və Üçüncü Bahar təşəbbüs qrupu da tərəfdaş kimi dəstək vermişdir.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20,000-dən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsiinkişafı, asudə vaxtını səmərəli dəyərləndirilməsi, vahid könüllü bazasının yaradılması və könüllülərlə işin sistemləşdirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Zoologiya İnstitutu vakansiya elan edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi