Ru
Bakı
USD
EUR
GBP
RUB

“Gəncliyin BİR həftəsi” tədbirində tələbə-könüllülər ahıllarla görüşüblər (FOTO)

news photo

02.02.2019 12:08 // Gənclər üçün

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramının təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən “Gəncliyin BİR həftəsi” adlı tədbirdə tələbə-könüllülər ahıllarla görüşüblər.

Youthportal.az xəbər verir ki, tədbirin məqsədi “Gəncliyin BİR həftəsi” tələbə-könüllülərin şəxsi inkişafının təmin olunması, dünyagörüşünün artırılması, onlara könüllülük dəyərlərinin aşılanması və gənc tələbə-könüllülərin asudə vaxtının səmərəli dəyərləndirilməsindən ibarətdir.

Fevralın 1-də proqramın “Yaşat” istiqaməti çərçivəsində “Üçüncü bahar” təşəbbüs qrupunun təqaüdə çıxmış üzvləri üçün tələbə-könüllülərin ifasında musiqi saatları keçirilib.

“Gəncliyin BİR həftəsi”ndə hər gün proqramın 6 istiqaməti (Yaşa, Yaşat, Öyrən, Öyrət, Kəşf et, Zövq al) üzrə təlimlər, görüşlər, intellektual və komanda oyunları, tələbə-könüllülərin ifasında konsert proqramı keçirilir.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20 mindən çox tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün altı istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. “BİR” könüllüsü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

Xatırladaq ki, proqram çərçivəsində yanvarın 27-dən keçirilən silsilə tədbirlər fevralın 2-dək davam edəcək.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi