Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclik İnkişaf Forumunun növbəti qonağı Olimpiya çempionu Fərid Mansurov olub

news photo

03.12.2019 13:36 // Gənclər üçün

Miqrasiya Könüllüləri İctimai Birliyinin təsis etdiyi Gənclərin İnkişaf Forumunun üçüncü toplanışı uğurla başa çatıb.

Dövlət Miqrasiya Xidmətindən Youthportal.az-a bildiriblər ki, bu dəfə gənclərlə Olimpiya çempionu, ikiqat dünya çempionu Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərid Mansurov görüşüb.

Görüşdə məşhur idmançımız keçdiyi çətin və şərəfli həyat yolu haqqında danışıb. İdman karyerasının ən unudulmaz xatirələrini gənclərlə bölüşən F.Mansurov mübarizliyin və qətiyyətin insan xarakterində ən vacib amillərdən olduğunu diqqətə çatdırıb.

“Sağlam gələcək” mövzusunda çıxış edən çempion gənclərə bədən tərbiyəsi ilə məşğul olmağı tövsiyə edib.

Gənclərin çoxsaylı suallarını cavablandıran F.Mansurov gələcəkdə də Miqrasiya könüllüləri tərəfindən təşkil olunacaq müxtəlif layihələrə həvəslə qatılacağını, Azərbaycanın digər Olimpiya və dünya çempionları ilə görüşlərin təşkilinə yaxından dəstək verəcəyini bildirib.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi