Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclərin mentorluq bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı yeni layihənin icrasına start verilib

news photo

01.03.2019 08:10 // Gənclər üçün

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) Erasmus+ proqramı çərçivəsində “Start it UP, Keep it UP” adlı sosial sahibkarlıq layihəsi üzrə mentorluq bacarıqlarının inkişaf etdirilməsi istiqamətində yeni fəaliyyətə start verib.

NAYORA-dan Youthportal.az-a bildiriblər ki, Avropa Komissiyasının maliyyələşdirdiyi layihə sosial sahibkarlığın inkişafına yönəlib. Bu layihə gənclər sektorunda Avropa üçün yeni konsepsiya kimi çıxış edən sosial sahibkarlıq mövzusuna toxunaraq sosial startap inkubatorlarının yaradılmasını hədəfləməklə innovativ xüsusiyyəti ilə fərqlənir.

Layihə Avropadakı müxtəlif sosial problemləri həll etməklə yanaşı, gənclərin cəmiyyətdə əsas faktor kimi çıxış etməsini hədəfləyir. Belə ki, layihə gəncləri cəmiyyətlərə dəyişiklik gətirmək üçün məlumat və resurslarla təmin edəcək, onları bu prosesdə iştirak etməyə ilhamlandıracaq. Bununla yanaşı, Avropanın sosial problemlərinin həll yollarını araşdırmağa davam edəcək gənclərdən ibarət sosial sahibkarlar şəbəkəsi yaradılacaq.

NAYORA-nın "Start it UP, Keep it UP” layihəsinin icrasında əsas məqsəd sosial sahibkarlıq mərkəzləri yaratmaqla və bu sahədə bacarıqlı mentorlar və təlimçilər yetişdirməklə, potensial sahibkarları dəstəkləməkdir. Eyni zamanda, startaplara başlaya bilmək üçün onları imkanlar və üsullarla təmin etməkdir. Bu sosial problemlərin həllində və bununla bağlı dəyişikliklər prosesində azərbaycanlı gənclərin də iştirakçılığı qurumun əsas prioritetlərindəndir.

Layihə çərçivəsində NAYORA tərəfindən Xorvatiyada, Makedoniyada, Yunanıstanda üç təlim kursunun, Azərbaycanda Sosial Sahibkarlıq Forumunun keçirilməsi nəzərdə tutulur. Sonrakı mərhələdə iştirakçılar 2020-ci ilin aprelində Gənclərin sosial sahibkarlıq forumunda iştirak etmək, gənclərin məşğulluğu və sosial inkişafında sosial sahibkarlığın rolu mövzusunda müzakirələr aparmaq üçün Avropadakı bütün sosial tərəfdaşlar və maraqlı tərəflərlə tanış olmaq imkanı qazanacaqlar.

Layihəyə qatılmaq istəyənlər bu il martın 3-dək müraciət etməlidirlər. Nəticələr martın 7-də elan olunacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi