Ru
Bakı
USD
EUR
GBP
RUB

“Gənclərin Karyera İmkanları: Azərbaycan Modeli” Beynəlxalq Gənclər Forumunun nümayəndələri ilə görüş keçirilmişdir

news photo

25.01.2019 13:26 // Gənclər üçün

24 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatnın həyata keçirdiyi – “Gənclərin Karyera İmkanları: Azərbaycan Modeli” Beynəlxalq Gənclər Forumu çərçivəsində  ABŞ, İtaliya, Finlandiya, Polşa, Rumıniya, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna və Moldovadan olan fəal gənclər təşkilatları rəhbərləri, gənc lider və ekspertlərdən ibarət nümayəndə heyəti Gənclər Fondunun qonağı olmuşdur.

Nümayəndə heyətini Gənclər Fondunun beynəlxalq əməkdaşlıq və donorlarla iş şöbəsinin müdiri Vüsalə Niftəliyeva salamlamışdır. Daha sonra Gənclər Fondunun yaranma tarixi, fəaliyyəti, maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumat vermiş və Fondun prioritet istiqamətlərini qonaqların nəzərinə çatdırmışdır. 

Azərbaycanda gənclər sahəsində, o cümlədən, gənclərin karyera inkişafı, bacarıqlarının yüksəldilməsi və məşğulluğu istiqamətində dövlət siyasətini və dəstəyini həyata keçirən Azərbaycan Respublikasının Gənclər Fondunun üzərinə düşən məsələlərdən söz açmışdır.Təqdimatdan sonra qonaqları maraqlandıran suallar cavablandırılmışdır.

Qonaqlar Gənclər Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, keçirilən görüşdən məmnunluqlarını ifadə etmişlər.Sonda xatirə fotosu çəkilmişdir.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi