Ru
Bakı
USD
EUR
GBP
RUB

“Gənclərin ictimai yerlərdə davranışlarının təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində seminar-treninq keçirilib

news photo

25.12.2016 17:33 // Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclərin ictimai yerlərdə davranışlarının təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində seminar-treninq keçirib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Ceyhun Əsədov bildirib ki, layihə Bakı şəhərininin təmizliyinin qorunub saxlanılmasına, sellofan torbalar, saqqız, su qabları və s. tullantılarlarla ətrafın zibillənməsinə qarşı ictimai nəzarətin artırılmasında gənclərin görə biləcəyi işlərdən danışıb. Son zamanlar beynəlxalq səviyyəli yarışlara, tədbirlərə ev yiyəliyi edən şəhərin estetik görünüşünə xələl gətirən bu cür ikrah doğuran halların aparılan quruculuq və abadlıq işləri ilə daban-dabana zidd olduğunu qeyd edən layihə rəhbəri Ceyhun Əsədov, həmçinin problemin həlli üçün maarifləndirmə işlərinin vacibliyindən də söz açdı. Qeyd etdi ki, gənclərin təəşəbbüskarlığı nəticəsində daha böyük auditoriyaya çıxış əldə etmək olar və bununla layihə daha effektiv olar.

Sonra ekspert Mütəllim Rəhimli çıxış etdi. O, ”Bakının dünyanın mədəniyyət mərkəzinə çevrildiyini, hər ay mədəni və idman tədbirlərinin keçirildiyini,bunun nəticəsində ölkənin beynəlxalq arenada müsbət imicinin formalaşdığını vurğuladı”. Həmçinin, Bakının öz təmizliyi və gözəlliyi ilə nümunə göstəriləcək şəhər halına gəldiyini, bütün görülən işlərdə ölkə başçısı cənab İlham Əliyevin müstəsna xidmətlərinin olduğunu xatırlatdı.

M.Rəhimov tədbir iştirakçılarını bu problemə biganə qalmamağa çağırdı. O, daha sonra gənclərin öz aralarında ictimai yerlərdə davranışlarına diqqəti çəkdi. Qeyri-etik ifadələrin işlədilməsi, ucadan danışılması, böyüklərə hörmət göstərilməməsi və s. halların mövcudluğunu və bunların mənəvi, əxlaqi dəyərlərimizlə ziddiyyət təşkil etdiyini vurğuladı.

Yekunda layihənin Azərbaycan Dövlət Pedoqoji unveristetində keçirilməsinin önəmi qeyd olundu və iştirakçı gənclərin gələcəyin pedoqoqları kimi milli, mənəvi dəyərlərimizin qorunmasında və qeyd olunan problemlərin həlli üçün səy göstərəcəkləri vurğulandı.

Digər xəbərlər

Xəbər lenti

Məktəbdən peşəyə (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi