Ru
Bakı
USD
EUR
GBP
RUB

“Gənclərin dünya ölkələrinə inteqrasiyası-mövcud vəziyyət, problemlər və təkliflər”

news photo

23.08.2019 16:15 // Gənclər üçün

 23 avqust  2019-cu il tarixdə Bərdə  regional “ASAN xidmət” mərkəzində Gənclər və İdman İdarəsi və mərkəzin birgə təşkilatçılığı ilə “Gənclərin dünya ölkələrinə inteqrasiyası-mövcud vəziyyət, problemlər və təkliflər” mövzusunda  könüllülərin iştirakı ilə dəyirmi masa keçirilib.         

Tədbiri giriş sözü ilə , Bərdə rayon Gənclər və İdman idarəsinin rəis müavini Aydın Qasımov açaraq, mövzu barədə məlumat verdi və bildirdi ki, müasir dünyada gedən inteqrasiya prosesləri bütün ölkələri  əhatə edir. İnteqrasiyanı bir çox tədqiqatçılar yalnız zamanın tələbi deyil, həm də tarixin yenidən kəşf olunmuş qanunu adlandırırlar. Bu gün Azərbaycanın qarşısında böyük məqsədlər durur. Bunlar dünyanın yalnız siyasi deyil, həm də iqtisadi , elmi, informasiya məkanlarına inteqrasiya amillərini də əhatə edir.  Hərtərəfli iqtisadi və sosial inkişafın təmin olunması üçün beynəlxalq təşkilatlar, regional birliklərlə əməkdaşlıq genişləndirilir.       

Bərdə  regional “ASAN xidmət” mərkəzinin könüllülər üzrə məsul şəxsi Şamxal Yaqubov çıxış edərək bildirdi ki,inteqrasiya prosesləri müxtəlif səpkilərdə - siyasi, iqtisadi, mədəni və digər cəhətlərdən tədqiqatçılar tərəfindən öyrənilir. Keçən onilliklər ərzində inteqrasiyaya münasibətdə çoxlu baxışlar, mövqelər formalaşmışdır. Bunların sistemləşdirilməsi və ümumiləşdirilməsi inteqrasiya proseslərinin nəzəri-konseptual əsaslarının müəyyənləşdirilməsi vəzifəsinə daxildir.      

Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Nəsirli Fidan öz çıxışında bildirdi ki, bütövlükdə, Azərbaycanda gedən inteqrasiya proseslərində əldə edilən uğurlar, hər şeydən öncə Heydər Əliyevin siyasətinə əsaslanmışdır. Müstəqil Azərbaycan dövlətinin yaradıcısı, ümummilli lider Heydər Əliyevin yeni dünya düzənində regional və qlobal inteqrasiyanın strateji xəttini milli inkişafın prioritet istiqamətlərindən biri  olub və  Azərbaycanın dünyada özünütəsdiqinə nail olması bu gün hamı tərəfindən qəbul olunmuş gerçəklikdir.         

Bərdə  regional “ASAN xidmət”mərkəzinin könüllüləri Nicat Camalzadə, Kəklik Tofiqli , Nicat İbrahimov  gənclərin inteqrasiya prosesində yaranan problemlər və onların həlli yolları barədə fikirlərini bildirdirdilər.        

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi