Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclərimiz sosial şəbəkələrdə Azərbaycanla bağlı həqiqətlərin təbliğində fəal iştirak edirlər

news photo

11.04.2019 18:18 // Gənclər üçün

Azərbaycan gənclərinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi istiqamətində görülən təbliğat-təşviqat işlərinin səmərəliliyinin artırılması ilə bağlı aprelin 11-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə gənclər təşkilatlarının nümayəndələri, Aprel döyüşlərinin iştirakçıları, hərbçilər, müxtəlif sahələrdə tanınmış incəsənət adamları, tələbələr iştirak ediblər.

Youthportal.az xəbər verir ki, gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək Azərbaycanda dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, müasir dövrün çağırışları gənclərin inkişaf etmiş, hərtərəfli biliyə malik şəxsiyyət kimi yetişməsini tələb edir. Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında Prezident İlham Əliyevin gənclərimizin vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq olmaqla yanaşı, müasir, təhsilli və dünyagörüşlü gənc kimi yetişmələrinin vacibliyini vurğuladığını xatırladan nazir müavini deyib: “Düşünürəm ki, müasir Azərbaycan gənclərində bu potensial var. Aprel döyüşləri zamanı Azərbaycan gəncliyi nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycanda hərtərəfli inkişaf etmiş sağlam, mübariz və yüksək intellektli gənclik yetişib”.

Gənclərimizin sosial şəbəkələrdə də fəal çıxış etdiklərini vurğulayan İ.Babayev bildirib: “Məqsədimiz “Azərbaycan deyəndə” adlı vahid şəbəkə yaratmaq və onun vasitəsilə ölkəmizi həm respublika daxilində, həm də dünya miqyasında geniş təbliğ etməkdir. Sosial şəbəkələrdən səmərəli istifadə müasir dövrdə vacib amillərdən biridir. Belə bir şəbəkəni yaratmaqda məqsəd Azərbaycan üçün lazım olan məqamlarda vacib mesajların mərkəzləşmiş şəkildə yayılmasına nail olmaqdır”.

Nazir müavini Azərbaycan ərazisinin 20 faizinin hələ də düşmənin tapdağı altında olduğunu vurğulayaraq deyib ki, hazırda ölkəmiz müharibə şəraitində yaşayır. XXI əsrdə müharibələr təkcə səngərdə yox, həm də informasiya cəbhəsində aparılır. Bu müharibədə gənclərimiz çox fəal olmalıdırlar. Gənclərimiz hərtərəfli biliyə sahib olmalıdırlar ki, Azərbaycanın qədim, zəngin tarixini, adət-ənənələrini və ölkəmizlə bağlı digər həqiqətləri dünyaya çatdıra bilsinlər.

Sonra tədbir müxtəlif sahələrdə tanınmış sənət adamlarının, tələbə-gənclər təşkilatlarının nümayəndələrinin çıxışları və maraqlı müzakirələrlə davam edib. Gənclər vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlər, sosial şəbəkələrə obyektiv məlumatların ötürülməsi və digər aktual mövzularda faydalı fikir mübadiləsi aparıblar.

Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən təşkil olunub.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

Sabahın havası - İstilər davam edir

Bitkoinin qiyməti 11 min dolları keçib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi