Ru
Bakı
USD
EUR
GBP
RUB

“Gənclərə dəstək” layihəsi çərçivəsində ilin ilk konserti təqdim olunub (FOTO)

news photo

14.01.2020 10:27 // Cəmiyyət

Yanvarın 13-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclərə dəstək” layihəsi çərçivəsində ilin ilk konsert proqramı təqdim olunub.

Youthportal.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyilə keçirilən konserti Orxan Həşimovun dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib.

Konsertdən öncə musiqişünas Sara Murad bildirib ki, layihə Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, tanınmış pianoçu, Xalq artisti Murad Adıgözəlzadənin təşəbbüsü ilə reallaşıb. Layihənin məqsədi gənc və istedadlı ifaçılara şərait yaratmaq, onların özlərini kəşf etmələrinə dəstək olmaqdır. Qeyd edilib ki, bu layihə ilə ifaçılara gözəl şərait yaradılıb ki, ölkənin ən aparıcı musiqi kollektivlərində çalışan tanınmış Azərbaycan dirijorları ilə eyni səhnəni bölüşsünlər.

Vurğulanıb ki, layihə çərçivəsində reallaşan konsertlər müxtəlif mövzulara həsr olunur və tamaşaçılar konsertlərdə həm vokal, kamera instrumental, həm də sinfonik və muğam axşamlarının şahidi olurlar.

Sonra konsert proqramı təqdim edilib.

Konsert zamanı Fikrət Əmirovun xatirəsinə həsr olunmuş “Rondo”, Dəniz Şərifovanın “Xatirələr”, Nicat Əhmədzadənin “Düşüncə”, Lalə Əhmədovanın “Elegiya” və “Skertso” simfoniyaları səsləndirilib.

Solistləri Nəzrin Babayeva (Fortepiano), Şeyda Ələsgərova (Fleyta), Əməkdar artistlər Əyyub Əliyev və Aleksey Miltıx olan konsert proqramı maraqla qarşılanıb.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi