Ru
Bakı
USD
EUR
GBP
RUB

“Gənclər XƏTDƏ” konfransı Bakı Mühəndislik Universitetində keçirilib (FOTO)

news photo

26.04.2018 16:12 // Gənclər üçün

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə “Gənclər XƏTDƏ” konfransı baş tutub. 100 tələbənin iştirakı ilə keçirilən tədbirdə spiker qismində “MobiTel” şirkətinin Marketinq direktoru Əli Xəyyam, “Prosper Digital Agency” Biznesin inkişafı şöbəsinin rəhbəri Süleyman Əliyev və “Wowoman Azərbaycan” direktoru Arzu Ağazamanova çıxış edib.

Təşkilatdan Youthportal- a bidirilib ki, layihənin məqsədi müasir dövrümüzdə onlayn fəaliyyətlərin genişlənməsi istiqamətində gənclər arasında məlumatlılığının artırılması, uğur qazanmış spikerlərin məsləhətlərinin dinlənilməsi nəticəsində bir sıra gənclərin öz gələcək fəaliyyətlərini müəyyən etməsidir.

Konfransda spikerlər gənclərə “Rəqəmsal marketinq”, “sosial media və cəmiyyətə verdiyi təsirləri” və “Sosial media üzərindən onlayn biznes qurmağın yolları” mövzuları üzrə təqdimatlar keçiriliblər. Daha sonra onlar TEDx formatında bu sahədə öz təcrübələrini bölüşüblər. Gənclər spikerlərin çıxışlarını dinlədikdən mövzu üzrə müzakirələr aparılıb.

Məlumat üçün qeyd edək ki, “Xətdə” proqramı 2013-cü ildə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə start verilib. “Xətdə” proqramı çərçivəsində "Bakı 2015" 1-ci Avropa Oyunları ərəfəsində “twitter” sosial şəbəkəsində “Creatweet” kampaniyası, 2016-cı il Ümümxalq Səsverməsi ərəfəsində “Retweet” referenduma dəstək kampaniyası, Xocalı faciəsi ərəfəsində “Xocalıya Ədalət” kampaniyasına dəstək fəaliyyətləri, 31 Mart Dünya Azərbaycanlılarının Soyqırımı günü ərəfəsində “31 Mart: Azərbaycanlıların Soyqırımı Günü” onlayn fəaliyyətlər  həyata keçirilmişdir. Proqram çərçivəsində kampaniyalarla yanaşı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qeyri-hökumət təşkilatları tərəfindən sosial şəbəkələrdə milli və ictimai maraqların müdafiəsi üçün alətlərin yaradılması” layihəsi çərçivəsində “Xetde.az” elektron portalı yaradılıb. Portalın məqsədi gənclər və gənclər təşkilatları arasında Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində sosial şəbəkələrdə təbliğat işlərinin görülməsində fəaliyyətlərinin artırılması və təbliğat alətlərindən yaradılması istifadəsi haqqında məlumatların verilməsidir.

 

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi