Gənclər və İdman Nazirliyi istedadlı və yaradıcı gəncləri mükafatlandırıb (FOTO)

02.02.2020 21:26 // Gənclər üçün
Fevralın 2-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Gəncləri Günü münasibətilə istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə 2019-cu ildə yüksək fəallığı ilə seçilən gənclər və gənclər təşkilatları mükafatlandırılıblar.
Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, dövlət və hökumət rəsmiləri, universitetlərin rektorları və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Əvvəlcə 2019-cu ildə Azərbaycan gənclər sahəsində həyata keçirilən tədbirləri, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclərlə bağlı fikirlərini əks etdirən videoçarx yayımlanıb.
Mərasimdə Azərbaycanda dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində əldə olunan uğurlar, bu sahədə reallaşdırılan proqram, strategiya və layihələr, gənclərimiz üçün yaradılan şərait barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, 1997-ci ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü elan edilib. MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk olaraq məhz Azərbaycanda Gənclər Gününün təsis olunması gənc nəslə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Həmin tarixdən başlayaraq, Azərbaycan Gəncləri Günü respublikamızda geniş qeyd olunur. Gənclər və İdman Nazirliyi tərəfindən hər il bu əlamətdar gün münasibətilə müxtəlif tədbirlər keçirilir ki, istedadlı və yaradıcı gənclərin mükafatlandırılması da məhz belə tədbirlərdən biridir.
Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən danışıb. Bildirib ki, 23 ildir gənclərimiz ulu öndər Heydər Əliyevin təsis etdiyi Azərbaycan Gəncləri Gününü təntənəli şəkildə qeyd edirlər. Bu dövr yaddaşlarda Azərbaycan dövləti tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayğı illəri kimi qalıb. Nazir ötən il ölkəmizin, o cümlədən gənclərimizin həyatında uğurlu il olduğunu və bir çox nailiyyətlərlə yadda qaldığını vurğulayıb.
Diqqətə çatdırıb ki, 2019-cu ildə ən vacib tədbirlərdən biri fevralın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakı Konqres Mərkəzində keçirilən Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı olub. Bu toplantıda bir qrup gəncə dövlətimizin başçısı tərəfindən mükafatlar təqdim olunub. Həmin tədbirdə ölkəmizin gənclər siyasətinə yeni baxış məsələsinə, gənclərin əldə etdiyi nailiyyətlərə toxunulub və Azərbaycan gəncliyinin inkişafı istiqamətində tövsiyələr verilib.
Qeyd olunub ki, 2019-cu ildə, həmçinin gənclərimizin inkişafı istiqamətində bir sıra böyük layihələr həyata keçirilib. Gənclərə təqdim olunan Prezident mükafatlarının sayı 2019-cu ildə artırılaraq 10-a çatdırılıb. Bu mükafatlar informasiya texnologiyaları, iqtisadiyyat və digər sahələri əhatə edir.
2020-ci ilin “Könüllülər ili” elan olunmasını Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqətin təzahürü olduğunu vurğulayan nazir ölkəmizdə könüllülük hərəkatının daha da artmasının cəmiyyətdə gənclərin inkişafına və könüllülük mədəniyyətinin formalaşmasına böyük töhfə verəcəyinə əminliyini ifadə edib. Diqqətə çatdırıb ki, bu il könüllülərlə bağlı bir çox maraqlı tədbirlərin təşkili nəzərdə tutulur.
Azad Rəhimov Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında Sərəncam imzalanmasını xüsusi qeyd edib. Bildirib ki, yeddi mindən çox gənc artıq bu müsabiqədən qeydiyyatdan keçib. Azərbaycanın gələcək liderləri bu böyük və uğurlu bir layihə vasitəsilə formalaşacaq, savadlı, bilikli, yeni nəsil idarəçiləri olan gənclər müxtəlif vəzifələrdə çalışacaq və ölkəmizi parlaq gələcəyə aparacaqlar. Prezident İlham Əliyev də hər zaman çıxışlarında Azərbaycan gənclərinin fəal, vətənpərvər, bilikli olduğunu vurğulayır, onlara inanır və daim dəstəkləyir.
Qeyd edilib ki, bu il Azərbaycan Gəncləri Günü maraqlı bir tarixə təsadüf edir. Nazirlik tərəfindən özündə bu tarixi əks etdirən loqotipin hazırlanması üçün müsabiqə də elan olunub. 02.02.2020 rəqəmi Azərbaycan gənclərinin yeni bir kodudur. İnanıram ki, bu rəqəmlər gənclər üçün yeni uğurlar gətirəcək. Gənclər sahəsində işləyən müvafiq dövlət qurumları da gənclərə bu istiqamətdə öz köməyini əsirgəməyəcək.
Nazir bayram münasibətilə gəncləri təbrik edib və bildirib ki, bu il də Azərbaycan gəncliyi üçün maraqlı layihələr və tədbirlərlə zəngin olacaq.
Sonra mükafatlandırma mərasimi olub.
Tədbirdə 2019-cu ildə memarlıq, təsviri sənət, musiqi, teatr, ədəbiyyat, ictimai fəaliyyət, elm, texnika, təhsil, mədəniyyət və incəsənət sahələrində nailiyyətlər qazanmış, respublikamızı xarici ölkələrdə yüksək səviyyədə təmsil etmiş istedadlı və yaradıcı, fərqlənən gənclər təltif olunublar.
Gənclər və İdman Nazirliyinin Azərbaycan Gəncləri Günü münasibətilə rəssam və dizaynerlər arasında elan etdiyi loqotip müsabiqəsinin qalibi Ehtiram İbrahimov mükafatlandırılıb.
Həmçinin müxtəlif tədbirlərdə – müsabiqə, konsert, sərgi, festival, olimpiada, yarış və oyunlarda iştirak edərək fərqlənmiş, eləcə də beynəlxalq miqyaslı tədbirlərdə yüksək nəticə göstərmiş, ictimai fəallığı ilə seçilmiş gənclər Gənclər və İdman Nazirliyi tərəfindən bu il də təltif edilib.
Bundan başqa, dövlət gənclər siyasətinin həyata keçirilməsində uğurlu fəaliyyəti ilə seçilən bir sıra gənclər və tələbə-gənclər təşkilatları da mükafatlara layiq görülüb.
Mərasimdə Masallı şəhərinin 2020-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçildiyi rəsmən elan edilib. Bildirilib ki, Masallı “www.genclerpaytaxti.az” saytında keçirilmiş onlayn səsvermənin qalibi olub.
“Gənclər paytaxtı”nın rəmzi açarı Masallı Şəhər İcra Hakimiyyətinin nümayəndəsinə təqdim edilib.
Sonra Masallı şəhəri barədə videoçarx nümayiş olunub.
Tədbir bədii hissə ilə davam edib.









Digər xəbərlər
Bakı Media Mərkəzi Zəfər Paradına həsr olunmuş videoçarx hazırlayıb
11.12.2020 19:40 // Siyasət
Nazir Azad Rəhimov gənc liderlərlə görüşdü (FOTO)
12.06.2020 15:08 // Gənclər üçün
Temperatur düşəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
21.05.2020 14:08 // Cəmiyyət
Sabah Bakıda 28 dərəcə isti olacaq
21.05.2020 11:35 // Cəmiyyət
“Titanik”in radioötürücüsü okeanın dibindən çıxarılacaq
21.05.2020 10:31 // Dünyada
Atəşkəs 22 dəfə pozulub
21.05.2020 09:39 // Qarabağ
Beynəlxalq Yoqa Günü münasibətilə 3 müxtəlif yaş qrupu üzrə iki fərqli müsabiqə elan edir
20.05.2020 15:45 // Cəmiyyət
Sabah 34 dərəcə isti olacaq
20.05.2020 13:42 // Cəmiyyət
Ermənistan silahlı qüvvələri atəşkəsi 23 dəfə pozub
20.05.2020 10:33 // Qarabağ
Laçın rayonunun işğalı ilə bağlı virtual təbliğat aksiyasına start verilib
18.05.2020 15:09 // Gənclər üçün
Birinci vitse-prezident Mehriban Əliyeva: Biz ilk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə hələ davam edir – bizim ölkəmizdə və bütün dünyada
07.05.2020 15:35 // Siyasət
Azad Rəhimov qəbulların online keçirilməsinin mümkünlüyünü bildirdi
22.04.2020 17:04 // Cəmiyyət
Gənclər “Tələbə baharı”na dəvət olunur
06.04.2020 11:20 // Gənclər üçün
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
06.04.2020 10:34 // Qarabağ
UNEC onlayn idarəetməyə keçdi
01.04.2020 14:10 // Təhsil
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqa müraciət edib
01.04.2020 12:06 // Siyasət
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
01.04.2020 09:32 // Qarabağ
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
30.03.2020 10:04 // Qarabağ
Xüsusi karantin rejimi dövründə polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı qaydaları
28.03.2020 15:37 // Cəmiyyət
Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib - Operativ Qərargah
27.03.2020 17:49 // Cəmiyyət
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı
26.03.2020 14:07 // Təhsil
Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib
20.03.2020 14:01 // Siyasət
Azərbaycanda Novruz bayramıdır
20.03.2020 13:30 // Cəmiyyət
Operativ Qərargah: Azərbaycanda daha 10 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı
19.03.2020 15:40 // Cəmiyyət
Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı
19.03.2020 14:41 // Siyasət
AMEA: Koronavirusun Azərbaycanda yayılması buxovlanıb
19.03.2020 11:41 // Cəmiyyət
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
19.03.2020 10:06 // Qarabağ
ATƏT koronavirusa görə Qarabağ münaqişəsi ilə əlaqədar monitorinqləri dayandırdı
19.03.2020 08:31 // Qarabağ
Birinci vitse-prezident Mehriban Əliyeva: Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik
18.03.2020 16:19 // Siyasət
Azərbaycanda daha iki nəfərdə koronavirusa yoluxma qeydə alınıb - Operativ Qərargah
16.03.2020 08:11 // Cəmiyyət