Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər və İdman Nazirliyi gəncləri “Xocalıya Ədalət” Kampaniyasına dəstək verməyə çağırır

news photo

27.02.2019 10:44 // Siyasət

“Xocalı faciəsinin iyirmi yeddinci ildönümü haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 fevral 2019-cu il tarix Sərəncam imzalamış və bununla əlaqədar Tədbirlər Planı təsdiq edilmişdir. Sərəncama uyğun olaraq Gənclər və İdman Nazirliyi tərəfindən “Xocalıya Ədalət” Kampaniyasına Dəstək adlı sosial media üzərindən aksiyaya start verilib. 

Youthportal.az Gənclər və İdman Nazirliyinin rəsmi səhifəsinə istinadla xəbər verir ki, mMəqsəd Ssyqırım faktının dünya ictimaiyyətinə çatdırılması ilə “Xocalıya ədalət” (Justice For Khojaly) kampaniyası çərçivəsində fəaliyyətlərə dəstək olmaqdır. Bu məqsədlə gənclərin qeyri-hökümət təşkilatlarını və gəncləri bu fəaliyyətələrə qoşulmağa dəvət olunurlar. Gənclərin bu işdə fəal olması və təlimata uyğun hərəkət etmələri, daha cox gənc tərəfindən facebook və twitter sosial media hesablarından paylaşılması vacibdir. 

Paylaşımlar zamanı  #justiceforkhojaly və #karabakh həştəqlərindən istifadə edilməsi tövsiyə olunur. 

Poster və infoqram hazırlanmış, hətəşqlərdən istifadə qaydası, paylaşmaq üçün foto, video və tvit bazası yaradılıb. Tvit bazası Azərbaycan, ingilis, rus, fransız və ispan dillərindən formalaşdırılıb.   

Təlimatı həm də bu linkdən əldə etmək olar: https://www.facebook.com/notes/az%C9%99rbaycan-respublikas%C4%B1n%C4%B1n-g%C9%99ncl%C9%99r-v%C9%99-idman-nazirliyi-g%C9%99ncl%C9%99rl%C9%99-i%C5%9F-%C5%9F%C3%B6b%C9%99si/xocal%C4%B1ya-%C9%99dal%C9%99t-kampaniyas%C4%B1na-d%C9%99st%C9%99k/609428146173408/ 

Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə bağlı gənclərin onlayn fəaliyyət kampaniyasının təşkilinə dair

T Ə L İ M A T

Fəaliyyətlərin məqsədi Xocalı faciəsinin 27-ci ildönümündə Azərbaycan reallıqlarının, soyqırımı faktının dünya ictimaiyyətinə çatdırılması və gənclərin “Xocalıya Ədalət” kampaniyasına sosial şəbəkələr vasitəsi ilə dəstək olmasını təmin etməkdir.

Aşağıdakı müəyyən olunmuş addımları izləməklə bu kampaniyaya dəstək ola bilərsiniz:

1. Dəstəyinizi ifadə etmək üçün “Facebook” sosial şəbəkəsində öz örtük şəklinizi dəyişin. Örtük şəklinizi aşağıdakı link vasitəsilə yükləyə və dəyişə bilərsiniz. https://bit.ly/2U4DTt3

2. Həqiqətləri əks etdirən ifadələr ilə postlar və infoqramı paylaşın. Poster və infoqramı yükləyin: https://bit.ly/2tBcljB

3. “Facebook” sosial şəbəkəsində profil şəklinə xüsusi hazırlanmış çərçivəni əlavə edin. 

Çərçivəni buradan əlavə edə bilərsiniz: 

1. https://bit.ly/2Npc6B6

2. https://bit.ly/2SkWgIx

3. https://bit.ly/2SXMcdN

4. Facebook və Twitter profillərinizdə #justiceforkhojaly və #karabakh həştəqlərindən istifadə edərək tvitlər, postlar yazın. Həştəqdən istifadə qaydası: https://bit.ly/2XmXoiv

· Paylaşımlar edərkən sosial medya hesabınızın “açıq” (public) olduğundan əmin olun.

· “Xocalı” faciəsi haqqında ümumi bir bazada toplanan və dünyaya çatdırılan şəkil və videolardan istifadə etmək üçün Resurs: https://goo.gl/KrjkgS linkinə daxil ola bilərsiniz. 

· Məlumatları azərbaycan və BMT-nin rəsmi dillərində (ingilis, rus, ərəb, italyan və ya bildiyiniz bütün) dillərində yaza bilərsiniz.

· Xocalı” faciəsi haqqında ümumi bir bazada toplanan Tvitlər baza şəklində istifadə üçün hazırlanmışdır.

Tvit bazanı burdan yüklə: https://bit.ly/2Teqb9V

· “Facebook” sosial şəbəkəsində paylaşım edərkən coğrafi mövqe olaraq (check-in) Xocalının koordinatlarını qeyd edin. Burada əsas məqsəd xaricilər tərəfindən həştəq və ya məkan axtarışında Azərbaycanın mövqeyini ifadən edən düzgün informasiyanın əldə edilməsinə şərait yaratmaqdır.

5. Elektron poçt ünvanınızın imza yerində ”Xocalı” imzasını yerləşdirin. İmzanın yerləşdirilməsi haqqında: https://goo.gl/VzWpBu

Əlavə ediləcək imzanın linki: https://bit.ly/2SjnHCJ

Digər xəbərlər

Xəbər lenti

İyulun 17-də Ay tutulması baş verəcək

Sabahın hava proqnozu açıqlanıb

“Yay məktəbi” davam edir (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi