Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər və idman naziri və BAOƏK-nin əməliyyatlar üzrə baş direktoru Bakı 2015 uniformalarını götürürlər

news photo

04.05.2015 15:45 // İdman

Azərbaycan Respublikasının gənclər və idman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru cənab Azad Rəhimov və BAOƏK-nin əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq, Birinci Avropa Oyunları üçün öz uniformalarını və akreditasiya kartlarını götürdülər.

Bakı 2015-in Uniformaların paylanması və Akreditasiya Mərkəzində olan nazir Azad Rəhimov 12-28 iyun 2015-ci il tarixlərində Bakıda keçiriləcək Avropa Oyunları üçün öz uniforma və akreditasiyasını götürdü.

Uniformalar, Oyunların uniforma təchizatçısı “Giltex” şirkəti tərəfindən istehsal olunur. “Giltex” şirkəti, Bakı 2015 üçün ümumilikdə 110 000 ədəd olmaqla, 7 növdə uniforma istehsal edəcək. Alov Qoruyanlar da daxil olmaqla BAOƏK-nin bütün işçi heyəti, növbəti həftələr ərzində Avropa Oyunları zamanı geyinmək üçün öz uniformalarını əldə edə biləcəklər.

Cənab Azad Rəhimov bildirdi: “Bakı 2015, Azərbaycanın bu günə qədər ev sahibliyi etdiyi ən böyük beynəlxalq çoxnövlü idman tədbiridir. Beynəlxalq idman aləminin diqqəti Bakıya yönələcək və işçi heyətimizin və könüllülərimizin öz uniformalarını qürurla geyəcəklərindən şühbəm yoxdur. Onlar, ölkəmizi və onun qonaqpərvərliyini ən yaxşı şəkildə nümayiş etdirəcəklər”.

Cənab Saymon Kleq isə bunları dedi: “Birinci Avropa Oyunları Azərbaycan üçün tarixi hadisəyə çevriləcək və mən, dünya səviyyəli tədbiri gerçəkləşdirmək üçün hazırlıq işlərinin plana uyğun davam etməsindən məmnunluğumu bildirirəm. Uniforma və akreditasiyaların artıq təqdim olunması, bizi möhtəşəm idman bayramı üçün bütün əməliyyatların tam hazır olmasına bir addım daha yaxınlaşdırır”.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi