Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edib (FOTO)

news photo

08.02.2019 16:24 // Cəmiyyət

Bu gün  Gənclər və idman naziri Azad Rəhimov Şirvan Gənclər evində   Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.

Ümumilikdə 20-dən çox sakinin iştirak etdiyi qəbulda müraciətlər əsasən gənclər, idman, tikinti sahələri və  məşğulluqla bağlı olub.

Böyük hissəsi idman sahəsi ilə bağlı olan müraciətlər sırasına fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, təmirə ehtiyacı olan idman obyektlərinin bərpası, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, idmançıların beynəlxalq yarışlarda iştirakı və s  daxil olub.

Gənclər sahəsində edilən müraciətlər sırasına isə  Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq tədbirlərdə iştirakı, yay-qış istirahət düşərgələrinin sayının artırılması, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti istiqamətində olub.  

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi