Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər və İdman Naziri Quba rayonunda vətəndaşları qəbul edib (FOTO)

news photo

07.07.2017 12:52 // Cəmiyyət

Bu gün gənclər və idman naziri Azad Rəhimov Quba rayonu Heydər Əliyev mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Quba, Qusar, Siyəzən, Şabran, Xaçmaz rayonlarından ümumilikdə 20-dən artıq vətəndaş iştirak edib.

Qəbul əsnasında müraciətlər müxtəlif sahələri əhatə edib.

Gənclər sahəsində edilən müraciətlər sırasına Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti istiqamətində olub.

Fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı idman sahəsində edilən müraciətlər olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi