Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər və İdman naziri Abşeron rayonunda vətəndaşları qəbul edib (FOTO)

news photo

20.09.2019 16:03 // Cəmiyyət

Sentyabrın 20-də Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Abşeron rayonundan olan vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Youthportal.az-a bildiriblər ki, 20-yə yaxın vətəndaşın iştirak etdiyi qəbulda Gənclər evinin, idman qurğularının tikilməsi və təmiri, fəxri adların verilməsi və şəxsi məsələlərlə bağlı müraciətlər dinlənilib.

Müraciətlərin bir qismi yerindəcə həll edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti üzrə göndərəcəyi bildirilib, bir qismi isə baxılması üçün icraya yönəldilib.

Nazir Azad Rəhimov, həmçinin nazirliyin dəstəyi ilə Varşavada keçirilən beynəlxalq turnirə ezam olunmuş “Qarabağ qaziləri” amputant futbol komandasının üzvləri ilə də görüşüb.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi