Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər üçün Təhsil Mərkəzi “İslam Həmrəyliyinin Azərbaycan Modeli” adlı kampaniyaya yekun vurdu

news photo

31.05.2017 16:28 // Cəmiyyət

Gənclər üçün Təhsil Mərkəzi “İslam Həmrəyliyi İli” çərçivəsində Quba rayonunda “İslam Həmrəyliyinin Azərbaycan Modeli” adlı kampaniyanın növbəti görüşünü həyata keçirib. Konfransın açılış hissəsində Gənclər üçün Təhsil Mərkəzinin Quba Regional ofisinin rəhbəri İnqilab Fərzəliyev qeyd edib ki, kampaniyanın əsas məqsədi müsəlman ölkələrini birləşdirən , mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş , bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış edən dövlətimizin 2017-cı il Azərbaycanda “İslam Həmrəyliyi İli”nə dəstək xarakteri daşıyır.

Konfransda həmçinin Quba Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Aynur Yahyayeva , Quba rayon Gənclər və İdman idarəsinin rəisi Mustafa Nöhbalayev çixış edərək tolerantlığın ən yaxşı modeli olan ölkəmizin inkişafının tarixi reallıqları, həm də müasir dünyada Azərbaycanın mədəniyyətlərin və sivilizasiyaların dialoq mərkəzinə çevrildiyini qeyd etdilər.

Xatırladaq ki, konfrans Gənclər üçün Təhsil Mərkəzinin “İslam Həmrəyliyinin Azərbaycan Modeli” kampaniyası çərçivəsində həyata keçirəcəyi tədbirlər planının yekun konfransıdır və daha öncə Qusar,Şabran ,Siyəzən rayonlarında təşkil olunan görüşlərin əsas məqsədi gənclər arasında Azərbaycan hökumətinin din siyasəti, demokratik dövlət quruculuğu kursunu, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipini təbliğ etməkdir.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi