Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər üçün Təhsil Mərkəzi “Gələcək üçün” ümumrespublika marafonuna start verib (FOTO)

news photo

16.04.2019 08:54 // Gənclər üçün

Gənclər üçün Təhsil Mərkəzi (GTM) “Gələcək üçün” ümumrespublika marafonuna Azərbaycan Kooperasiya Universitetində start verib. “Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” devizi ilə müxtəlif ictimai və sosial mövzuları əhatə edən təlimlər paytaxt Bakıda və ölkəmizin bütün bölgələrində keçiriləcək.

GTM-dən outhportal.az-a bildiriblər ki, “Gələcək üçün” ümumrespublika marafonunun məqsədi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlara ictimai dəstək vermək, vətəndaş öhdəliyi və prinsiplərini gənclər arasında təbliğ etməkdir.

Marafonun təqdimat mərasimində çıxış edən Azərbaycan Kooperasiya Universitetinin mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərov gənclərimizin sosial məsuliyyəti və ictimai fəallıqları ilə örnək olmalarının önəmini vurğulayıb.

Gənclər üçün Təhsil Mərkəzinin direktoru Fəxrəddin Həsənzadə bildirib ki, marafonun məqsədi idarəetmə sisteminin vətəndaş yönümlü prinsiplər əsasında təşkil olunmasını təbliğ etməkdir. Bu istiqamətdə əsas məqsəd ölkəmizdə insan kapitalının inkişafına xidmət edən səriştəli mütəxəssislərin formalaşdırılmasıdır. Məhz bu baxımdan islahatlar Azərbaycan vətəndaşının maraqlarına xidmət edir.

“Gələcək üçün” ümumrespublika marafonunun təlimçisi, “İnsan mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov təlim modulunda interaktiv metodla məsuliyyətli vətəndaş olmaq, şəxsi inkişaf üçün insan mühəndisliyi, karyera quruculuğunda təcrübə və uğurun yaratdığı nümunələr, insan kapitalı, sosial və ictimai məsuliyyət məsələləri ilə bağlı iştirakçılara ətraflı məlumat verib.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 21 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi