Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycanda, Gürcüstanda və Moldovada beynəlxalq layihə icra edir (FOTO)

news photo

18.09.2019 16:32 // Gənclər üçün

Gənclər üçün Təhsil Mərkəzi Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyi tərəfindən “3 ölkədə gənc sahibkarlar klubunun yaradılması” layihəsinin icrasına başlamışdır.

Mərkəzdən Youthportal.az-a bildirilib ki, layihə çərçivəsində Azərbaycanın, Gürcüstanın və Moldovanın paytaxtlarında gənc sahibkarlar klublarının yaradılması, Azərbaycanda və Gürcüstanda 2 beynəlxalq təlim kursunun, gənclər mübadiləsinin və 1 beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub.

Artıq ötən həftədən Gürcüstanda ilk beynəlxalq tədbir öz işinə başlayıb. Azərbaycan, Türkiyə, Böyük Britaniya, İspaniya, Moldova və Gürcüstandan olan 30-dan çox gəncin iştirak etdiyi beynəlxalq təlim kursunda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, gənc sahibkarlar üçün xüsusi alətlərin və imkanların yaradılması, innovativ ideyaların uğurlu biznesə çevrilməsi, startup layihələrin hazırlanması və s. istiqamətdə bilik və bacarıqlar öyrədilmişdir.

Növbəti beynəlxalq tədbir cari ilin oktyabr ayının 10-dan 20-dək Bakı şəhərində keçiriləcək.

Qeyd edək ki, layihənin tərəfdaşları Böyük Britaniyanın NEFELİ Beynəlxalq Təhsil Şəbəkəsi, İspaniyanın PRÓXIMA Təhsil və Mədəniyyət Assosasiyası,  Türkiyənin Uludağ Universiteti, Gürcüstanın KinoYeast Gənclər Assosasiyası və Kişinyov şəhər Təhsil, Gənclər və İdman Baş İdarəsidir.

Layihə 2020-ci ilin iyun ayınadək davam edəcək

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Sumqayıtda fləşmob:Biz müstəqilik

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi