Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər üçün “Liderlik və komanda quruculuğu” mövzusunda təlimin ikinci mərhələsinə yekun vurulub (FOTO)

news photo

19.08.2019 12:50 // Gənclər üçün

Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gələcəyin sağlam bələdçiləri” layihəsi çərçivəsində təşkil olunan “Liderlik və komanda quruculuğu” mövzusunda təlimlərin ikinci mərhələsinə də yekun vurulub.

İctimai Birlikdən Youthportal.az-a bildiriblər ki, təlimlərdə gənc bələdçilərə liderlik və komanda quruculuğu haqqında nəzəri biliklər verilib. İştirakçılar tərəfindən böyük maraqla qarşılanan müxtəlif interaktiv oyunlarda gənc bələdçilər istedad və bacarıqlarını nümayiş etdiriblər. Gənclərə layihənin növbəti mərhələləri və İctimai Birliyin fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Təlimlərin sonunda iştirakçılar sertifikatlarla təltif olunublar.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi