Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər üçün gender bərabərliyinə dair təlimlər təşkil olunacaq

news photo

20.06.2019 11:08 // Gənclər üçün

İyulun 6-7-də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Gənclərin İnkişaf və Karyera Mərkəzində “Gənclər təşkilatları arasında gender bərabərliyinin təbliği istiqamətində təlimlərin təşkili” layihəsi çərçivəsində Bakıda və regionlarda fəaliyyət göstərən gənclər təşkilatlarının üzvlərinin toplantısı keçiriləcək.

Şuradan Youthportal.az-a bildiriblər ki, təlimin məqsədi gənclər təşkilatlarının gender bərabərliyinə nail olmaq, qızlara qarşı ayrı-seçkiliyin bütün formalarına son qoymaq, dövlət və özəl sahələrdə qadınlara və qızlara qarşı zorakılığı, o cümlədən insan alveri, cinsi və digər növlərdə istismarı aradan qaldırmaq, erkən və məcburi nikah və s. məsələlərlə bağlı məlumatlılığı artırmaqdır.

Təlimdə iştirak etmək istəyən gənclər müvafiq anket formasını dolduraraq iyunun 28-də saat 18:00-a qədər qeydiyyatdan keçə bilərlər. Seçilən iştirakçılarla bağlı iyulun 1-dək məlumat veriləcək.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi