Ru
Bakı
USD
EUR
GBP
RUB

“Gənclər üçün Avropa proqramları həftəsi” çərçivəsində universitetlərdə keçirilən məlumat sessiyaları yekunlaşıb (FOTO)

news photo

03.06.2019 13:43 // Cəmiyyət

LEAD Education Təhsil və İnnovasiya Mərkəzi, YAP Gənclər Birliyinin, Azərbaycan Tələbələr Gənclər Təşkilatı İttifaqının təşkilati dəstəyi və “Bank of Baku”nun baş sponsorluğu ilə "TƏLƏBƏLƏRARASI İNTELLEKT OLİMPİADASI" layihəsinin final mərhələsi keçirilib.

Youthportal.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 96-cı il dönümünə və Xalq Cümhuriyyətinin 101 illiyinə həsr olunmuş olimpiadanın final mərhələsi Bakı Dövlət Universitetində təşkil olunub. Sonuncu mərhələdə 23 universitetdə keçirilən I mərhələdən ən yüksək nəticə göstərən 450 nəfər qalib adı uğrunda mübarizə aparıb.

Tədbirə giriş sözü ilə BDU-nun rektoru Elçin Babayev başlayıb. Tələbələrə uğurlar arzu edən rektor, onlarla məntiq yönümdə fikir mübadiləsi edib. Ardınca layihənin icraçı rəhbəri Xəyal İbrahimzadə final haqqında məlumatlar verib.

Şəffaflığın qorunması məqsədi ilə iştirakçılarda olan bütün əlavə vasitələr yığılıb. Onu da qeyd edək ki, final iştirakçıları xüsusi hazırlanmış final buraxılış vərəqəsi ilə içəri daxil olublar. Bütün auditorialarda olimpiya kitabçaları paylanıldıqdan sonra final mərhələsi başlayıb. 100-cü dəqiqədən etibarən geri sayım başlayıb.

Layihədə 360 yaxın müxtəlif universitetlərin tələbələrindən ibarət könüllü heyəti iştirak edib. Onlar şəffaflığın qorunması, qayda qanunlara riaət olunmasına, finalçıların düzgün şəkildə yönləndirilməsinə nəzarət ediblər.

Bildirək ki, final turunda iştirak edən hər kəs LEAD Education tərəfindən magistratura, MİQ imtahanlarına hazırlıq və xarici dil kurslarının istənilən birindən 20-100% endirim qazanacaq. Final mərhələsində iştirak edən 100-dək tələbə layihənin sponsorları və tərəfdaşlarının təqdim etdiyi aşağıdakı hədiyyələrlə mükafatlandırılacaq:

  • “Baku Elektroniks”dən Notebook, planşet, fotoaparat
  • “İrşad Telekom”dan HONOR smartfonu və 20 ədəd HONOR band smart saatı
  • “İSMA Bike”dan 2 ədəd İSMA Bike velosipedi
  • “Bizon”dan iştirak edən hər kəsə enerji içkiləri
  • “Boranı” restoranlar şəbəkəsindən 10 ədəd 2 nəfərlik şam yeməyi
  • “Nizami Kino Mərkəzi”ndən ən baxımlı filmlərə 20 ədəd bilet
  • AAAF SPA mərkəzindən endirim kuponları
  • Tanınmış brendlərdən endirim kuponları
  • və digər tərəfdaşlarımızdan çoxlu hədiyyələr...

Sonda finalçılarla video və fotolar çəkilib. Qaliblərini adı iyunun 15-də rəsmi mükaftaldırma mərasimində açıqlanacaq.

news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

İnstitut işçi axtarır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi