Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər təşkilatlarında Mühasibatlıq, Maliyyə idarəetməsi və Hesabatlılıq” mövzusunda konfrans keçiriləcək

news photo

05.02.2019 13:04 // Gənclər üçün

Gənclər təşkilatlarının rəhbər və mühasiblərinin nəzərinə!

Youthportal.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun və “Gənc Mühasiblər Birliyi” ictimai birliyinin (Gənc Mühasiblər IB) birgə təşkilatçılığı ilə 8 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının rəhbər nümayəndələrinin və mühasiblərinin iştirakı ilə “Gənclər təşkilatlarında Mühasibatlıq, Maliyyə idarəetməsi və Hesabatlılıq” mövzusunda konfrans keçiriləcəkdir. Konfransın birinci hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətli nümayəndələrinin ekspert qismində iştirakı ilə “Qeyri-hökumət təşkilatlarının sosial və vergi öhdəlikləri” və “Qeyri-hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması qaydaları” mövzularında panel sessiyaları təşkil ediləcəkdir. Tədbirin keçirilməsində əsas məqsəd gənclər təşkilatlarının rəhbər və mühasiblərinin bilik və bacarıqlarının keyfiyyətcə yeni müstəviyə qaldırılması, onların maliyyə savadlılığının artırılması və fəaliyyətlərinin daha sağlam, etibarlı, dayanıqlı və effektiv formalaşdırılmasıdır.

QEYD: Konfrans 2 hissədən ibarət olacaq. Nahara qədər davam edəcək birinci hissədə panel sessiyaları təşkil ediləcək, nahardan sonra ikinci hissədə gənclər təşkilatlarının mühasibləri üçün praktiki təlim və təlimatlandırma təqdim olunacaq. Mühasiblərinin konfransın ikinci hissəsində tam iştirakı mütləqdir!

Konfrans saat 09:00-da Bakı Konqres Mərkəzində keçiriləcək.

Qeydiyyat üçün link: https://youthfoundation.typeform.com/to/yOO0yZ Son qeydiyyat tarixi: 06 fevral saat 18:00

Əlaqələndirici şəxs: Rahim Rəhimov (+994 55) 581 82 98

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bölgələrimizdə kitaba maraq artır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi