Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər Təşkilatları Milli Şurasının sədri İstanbulda “Qlobal Sahibkarlıq Konqresi 2018”-də iştirak edib (FOTO)

news photo

23.04.2018 13:53 // Gənclər üçün

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov İstanbul şəhərində keçirilən “Qlobal Sahibkarlıq Konqresi 2018”-də iştirak edib. Tədbirdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı dünyanın 170 ölkəsindən 7 min sahibkarlar, investorlar, tədqiqatçılar və sahibkarığın inkişafına cavabdeh nazir və siyasətçilər iştirak edib.

Təşkilatdan Youthportal- a bildirilib ki, Qlobal Sahibkarlıq Konqresinin rəsmi açılış mərasimi Turkiyənin Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğan və İqtisadiyyat Naziri Nihat Zeybekçinin iştirakı ilə baş tutub. Türkiyədə ilk dəfə təşkil edilən və 10-cu ilini qeyd edən Global Sahibkarlıq Konqresi “Global Entrepreneurship Network (GEN)” sədri Jonathan Ortmans və “GECİstanbul” Təşkilat Komitəsi Platforma Başçısı Əli Sabancının açılış nitqləri ilə davam edib.

Konqres hər il sahibkarlıq ekosistemləri ətrafında iqtisadi və siyasət problemlərini müzakirə etmək üçün şəxsləri bir araya toplayır. Konqresdə rəsmi tədbirlər və görüşlərlə yanaşı, dünyanın aparıcı ekskpert və biznes-qurumları tərəfindən master-klaslar keçirilib və işçi qruplar təşkil olunub. Tədbir müddətində nümayəndələr uğurlu biznes təşəbbüsləri və təcrübələri haqqında dəyərli məlumatlar əldə ediblər.

Könqresdə əsas müzakirə olunan mövzular “İnnovativ mədəniyyət: şəxsdən müəssisəyə və cəmiyyətə”, “Sıfır maneələr: fərdi düşüncələrdən sistemli ayrı-seçkiliyə qədər, mədəni maneələrlə” və “Eksponent düşüncə: yaşadığımız, işləyən və qarşılıqlı olaraq artan, dağıdıcı yeniliklərdən” olub.

Qeyd edək ki, Seymur Hüseynov  Qlobal Sahibkarlıq Şəbəkəsinin Azərbaycan üzrə rəhbər deleqatıdır. 

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi