Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri beynəlxalq layihənin planlaşdırma görüşündə iştirak ediblər

news photo

12.02.2019 08:41 // Gənclər üçün

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) 2018-ci ildə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus+ proqramının qrant müsabiqəsində qalibi olduğu “Start it up, keep it Up” layihəsinin tərəfdaşlarından olan Əskişəhər İnkişaf Dərnəyinin təşkilatçılığı ilə layihənin planlaşdırma görüşü keçirilib.

NAYORA-dan Youthportal.az-a bildiriblər ki, 2020-ci ilin sonuna qədər davam edəcək layihənin məqsədi gəncləri sosial sahibkarlıq prosesində iştiraka həvəsləndirmək və maarifləndirməkdir.

Layihənin iştirakçıları olan NAYORA-nın sədri Məryəm Məcidova, beynəlxalq əlaqələr üzrə katibi Aydın Mehdiyev və tərəfdaş təşkilatların nümayəndələri Əskişəhərin Təpəbaşı bələdiyyəsinin Sosial Sahibkarlıq İnkubasiya Mərkəzini ziyarət edib, Mərkəzin direktoru ilə görüşüb, layihə çərçivəsində görüləcək işlərlə bağlı müzakirələr aparıblar.

Planlaşdırma görüşü ilə start verilən layihə çərçivəsində Xorvatiya, Yunanıstan və Latviyada üç təlim kursu, Azərbaycanda Sosial Sahibkarlıq Forumu və Bolqarıstanda yekun hesabat görüşü keçiriləcək.

Gənclərin sosial yönümlü startaplar vasitəsilə mühüm dəyişiklər etməyə həvəsləndirilməsi, gənc sahibkarların potensialının artırılması, sosial sahibkarlığın təsirinin qiymətləndirilməsi və sosial startaplarını yaratmaları üçün gənclərin imkan və vasitələrlə təmin edilməsi və s. layihənin əsas hədəflərindəndir.

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bölgələrimizdə kitaba maraq artır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi