Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər təşkilatları “İnsan Mühəndisliyi” proqramına start verdi (FOTO)

news photo

29.04.2019 14:10 // Gənclər üçün

Gənclər üçün Təhsil Mərkəzi və Aqrar İnkişaf Könüllüləri İB "Gələcək üçün” ümumrespublika marafonu çərçivəsində “İnsan Mühəndisliyi” təlim proqramına start verdi.

Təşkilatdan Youthportal.az-a verilən məlumata görə, “İnsan Mühəndisliyi” proqramı çərçivəsində 30 gəncə müxtəlif 6 təlim-modulu tədris olunacaq.

Aqrar Tədqiqat Mərkəzində keçirilən açılış mərasimində çıxış edən Aqrar İnkişaf Könüllülərinin rəhbəri Sarvan Cəbrayılzadə qonaqları salamlayaraq, rəhbəri olduğu təşkilatın fəaliyyət istiqamətləri haqqında məlumat verib. Həmçinin, Gənclər üçün Təhsil Mərkəzi ilə rəhbərlik etdiyi Aqrar İnkişaf Könüllüləri İB-nin əməkdaşlıq memorandumu çərçivəsində paytaxtdan başlayaraq il ərzində bütün regionlarda silsilə tədbirlərin həyata keçiriləcəyini vurğulamışdır.

Sonra Gənclər üçün Təhsil Mərkəzinin direktoru Fəxrəddin Həsənzadə qonaqları və tədbir iştirakçılarını salamlayaraq nitqində bildirmişdir ki, rəhbəri olduğum marafonun məqsədi idarəetmə sisteminin modernləşərək vətəndaş yönümlü prinsiplə təşkil olunmasını təbliğat şüarına çevirməkdir. Bu istiqamətdə əsas milli fəaliyyət planı ölkəmizdə insan kapitalının inkişafına xidmət edən səriştəli mütəxəssislərin formalaşdırılmasıdır. Məhz bu baxımdan islahatlar Azərbaycan insanının maraqlarına xidmət edir.

"Gələcək üçün” ümumrespublika marafonunun təlimçisi, "İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov təlim modulunda interaktiv metodla məsuliyyətli vətəndaş olmaq, şəxsi inkişaf üçün insan mühəndisliyi, karyera quruculuğunda təcrübə və uğurun yaratdığı nümunələr, insan kapitalı, sosial və ictimai məsuliyyət proqramını tədris edib.

"Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” çağırışı ilə müxtəlif ictimai və sosial mövzuları əhatə edən təlimlər təkcə paytaxt Bakıda deyil, o cümlədən Azərbaycanın bölgələrində də keçiriləcək. 

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

“Koroğlu” operası nümayiş olunacaq

DİM abituriyentlərə müraciət edib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi