Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər təşkilatları arasında gender bərabərliyinin təbliği istiqamətində təlimlərin təşkili (FOTO)

news photo

08.07.2019 11:43 // Gənclər üçün

6-7 İyul 2019-cu il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə Gənclərin İnkişaf və Karyera Mərkəzində "Gənclər təşkilatları arasında gender bərabərliyinin təbliği istiqamətində təlimlərin təşkili” layihəsi keçirilmişdir. Layihə, BMT tərəfindən qəbul olunmuş 2030 Gündəliyini və 5-ci Dayanıqlı İnkişaf Məqsədi olan gender bərabərliyini əsas tutaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilmişdir.

Təlimin məqsədi gənclər təşkilatlarının gender bərabərliyi mövzusunda məlumatlılığını artırmaq, bu sahədə aktiv fəaliyyətini təmin etmək və gənclər təşkilatlarının gələcək fəaliyyətlərində 5-ci Məqsədin hədəflərini təbliğ etməkdir.

2 gün davam edən tədbirin ilk günü açılış nitqini səsləndirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova layihənin ümumi həştəqi olan #bərabərimkanlar prinsipini rəhbər tutaraq, Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi sahəsində irəliləyişə nail olunmasına baxmayaraq, dünyanın hər yerində qız və qadınların hələ də ayrı-seçkilik və zorakılıq hallarına rast gəldiyi üçün bu gün gender bərabərliyinin vurğulanmasının zəruri hal olmasını qeyd etmişdir. Məryəm Məcidova bildirib ki, gender bərabərliyinin təmin olunması tarixən bəşəriyyətin diqqət mərkəzində olan aktual problemlər sırasındadır. Qurumun sədri, əlavə olaraq konfransda nəyinki Bakıda fəaliyyət göstərən gənclər təşkilatlarının və Gənclər Evlərinin, həmçinin ölkəmizin cənubundan şimalına, şərqindən qərbinə kimi olan regionlarından müxtəlif gənclər təşkilatlarında, Gənclər Evlərində fəaliyyət göstərən aktiv və təşəbbüskar gənclərimiz də iştirak etdiyini qeyd etmişdir. 

Tədbirin birinci gününün təlimlər hissəsi Avropa Şurasının təlimçilər bazasının üzvü Pərvanə Məmmədovanın “Gender bərabərliyi anlayışına giriş”  və “İnsan hüquqları kontekstində gender bərabərliyinin rolu” sessiyaları ilə başlanılıb. Nahar fasiləsindən sonra “Gender bərabərliyinin təbliğində gənclər təşkilatlarının rolu” panel müzakirəsində Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının analitik təhlil və elektron xidmətlər üzrə məsləhətçisi Elnur Bağırlı çıxış ediblər.

Daha sonra isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik-Araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova tərəfindən “Demoqrafik inkişafa gender bərabərliyinin təsiri“ mövzusunda vorkşopu həyata keçirilmişdir. Tədbirin 1-ci günü təlimlərin mövzuları ilə bağlı sual-cavab hissəsi ilə yekunlaşmışdır.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Daxili İşlər Nazirliyi işçi axtarır

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi