Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər təşkilatının “Xocalı Soyqırımı” ilə bağlı Twitter aksiyası trend oldu (FOTO)

news photo

28.02.2018 09:38 // Siyasət

Gənclər üçün Təhsil Mərkəzi tərəfindən Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş 3 gün davam edən aksiyanın məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də beynəlxalq təşkilatlara Xocalı Soyqırımı ilə bağlı həqiqətləri çatdırmaq və bu faciəyə hüquqi qiymətin verilməsini tələb etməkdir.

Təşkilatdan Youthportal- a bildirilib ki, beş dildə aparılan aksiya zamanı əvvəlcədən müəyyən edilən cədvələ uyğun olaraq, gənclər internet vasitəsilə Xocalı Soyqırımına dair məqalə, foto, bəyanat və bu kimi digər materialları dünyanın müxtəlif nöqtələrinə, beynəlxalq təşkilatların elektron ünvanlarına, məşhur internet səhifələrə, xarici qəzet və jurnallara göndərilmişdir. Aksiyada istifadə etmək üçün ingilis, rus, alman,fransız və türk dillərində materiallar hazırlanmış və təbliğat zamanı onlardan istifadə olunmuşdur.

Mərkəzin Bakı və digər regional ofislərində təşkil olunan aksiyada “Hashtagify”, “Hashtracking”, “Tweetchip” və “Tweet Binder” metrikslərinin göstəricilərinə görə ümumilikdə təşkilat tərəfindən yaradılan #khojalygenocide26 tviti 16590 dəfə paylaşılıb.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi