Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər təşkilatının baş katibi ATƏT-in beynəlxalq təlimində iştirak etdi

news photo

19.06.2019 12:14 // Gənclər üçün

Gənclər üçün Təhsil Mərkəzinin baş katibi Gülnar Xəlilova 10-14 iyun 2019-cu il tarixində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Serbiyanın Belqrad şəhərində təşkil etdiyi "Uzunmüddətli müşahidəçilər" üçün təlim proqramında iştirak etmişdir.

Təlim proqramına 15 ölkədən 27 nümayəndə seçilmişdir. Azərbaycanla yanaşı Moldova, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Şimali Makedoniya, Serbiya, Belarusiya, Albaniya, Özbəkistan, Ukrayna və Monqolustandan nümayəndələr iştirak etmişlər.

Proqram çərçivəsində iştirakçılara ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun müvafiq ekspertləri ATƏT-ə ümumi baxış və çağırışlar, ATƏT-in müvafiq Bürosu və seçki müşahidəsinə giriş, seçki üzrə standartlar və öhdəliklər, uzunmüddətli və qısamüddətli müşahidəçilərin missiyaları və s. mövzularda təlimlər keçirilmişdir.

Sonda iştirakçılara sertifikatlar təqdim olunmuş, onlar beynəlxalq seçki müşahidəçiliyi statusu qazanmışlar. 

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi