Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər təşkilatı “Sülh aylığı”na dəstək verdilər (FOTO)

news photo

10.09.2018 13:37 // Gənclər üçün

Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə “Sülh aylığı” ilə bağlı “Biz Sülhün carçılarıyıq” adlı tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Mərkəzin Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı “Sülh aylığı” haqqında ətraflı məlumat verərək bildirmişdir ki, fərqli dinlərə və inanclara mənsub insanların əsrlərdən bəri qarşılıqlı anlaşma şəraitində yaşadığı, sülhməramlı mövqeyi dəstəkləyən və buna sadiq olan Azərbaycanın  ötən 27 illik tarixi erməni hərbi birləşmələrinin təcavüzkar siyasəti nəticəsində torpaqlarımızın beşdə birinin işğal edilməsi və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, xalqımızın müharibə dəhşətlərini öz taleyində yaşaması, əzəli torpaqlarından qovulmuş soydaşlarımızın çadır düşərgələrinə, qaçqın və məcburi köçkün qəsəbələrinə sığınması, insan hüquqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə yazıldı.Bütün bunlara baxmayaraq , biz  hər zaman ərazi bütövlüyümüzün təmin olunacağı təqdirdə öz maraqlarımız dairəsində tolerantlıq, dözümlülük nümayiş etdirəcəyik.

Tədbirdə Ağcabədi rayon təhsil şöbəsinin əməkdaşı Fehruz Rəfiyev,mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Məhəbbət Əliyeva, 2 saylı körpələr evi-uşaq bağçasının müdiri Səadət Həsənova və xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri iştirak etmişdir.    Tədbirin sonunda kitabxana əməkdaşları uşaqlara sülh haqqında kitablar təqdim edərək maraqlı məlumatlar vermiş və “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin balaca fidanlarının hazırladıqları maraqlı səhnə və rəqslər nümayiş olunmuşdur.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 24 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi