Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər təşkilatı regionlarda “BULLİNQ”ə qarşı maarifləndirmə kampaniyasına start verdi (FOTO)

news photo

18.11.2019 15:17 // Gənclər üçün

Gənclər üçün Təhsil Mərkəzi (GTM) və UNİCEF-in birgə icra etdiyi "İnteqrasiya olunmuş sosial xidmətlər modeli" layihəsi çərçivəsində GTM-in Aran Regional ofisinin əməkdaşları tərəfindən Şirvan şəhərində məktəblilər arasında “Bullinq” mövzusunda maarifləndirici tədbirlərə start verildi.

Gənclər üçün Təhsil Mərkəzi Aran Regional ofisinin rəhbəri Yusif Poladov bildirib ki,təşkil olunan görüşlərin əsas məqsədi  ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir.

Mərkəzdən Youthportal.az-a bildiirlib ki, bir ay davam edən kampaniya çərçivəsində Mərkəzin sosial işçiləri Kənan İbadov,  Ülviyyə Şahbazova və Orxan Kazımzadə tərəfindən məktəblilərə “Bullinq” mövzusunda təqdimatlar həyata keçiriləcəkdir..

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi