Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər təşkilatı regionda vətəndaşların qəbulunu keçirdi (FOTO)

news photo

27.05.2019 10:35 // Cəmiyyət

Gənclər üçün Təhsil Mərkəzi, UNİCEF və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə icra etdiyi “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində 24 may 2019-cu il tarixində Şirvan Gənclər Evində Gənclər üçün Təhsil Mərkəzi Aran Regional ofisinin rəhbəri Yusif  Poladov, mərkəzin hüquqşünası Kənan Əbdurəhmanov və sosial işçi Ülviyyə Şahbazovanın  iştirakı ilə Şirvan şəhəri, Sabirabad və Hacıqabul  rayonlarından müraciət edən vətəndaşların qəbulu keçirildi. 

Təşkilatdan Youthportal.az-a verilən məlumata görə, vətəndaşların qəbulu zamanı əlil uşaqların müalicəsi, övladlığa verilmə, gənc ailələrə yardım, erkən nigahlar, boşanmaların yaratdığı problemlər, qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq, nigahın pozulması və təyin olunmuş alimentin ödənilməməsi, birgə nigah dövründə əldə edilmiş əmlakın bölünməsi və birgə nigah dövründə hədiyyə edilmiş əmlakın alınması ilə bağlı  müraciətlər və təkliflər dinlənildi. Mərkəzin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq dövlət qurumlarına çatdırılması üçün qeydiyyata alındı. Yaxın zamanda Mərkəz tərəfindən  dövlət qurumlarının iştirakı ilə koordinasiya şurasının iclasının keçiriləcəyi və aidiyyatı qurumlar üzrə məsələlərin həlli istiqamətində müzakirələr aparılacağı qeyd olundu.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi