Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər təşkilatı Qarabağda uşaqlar üçün bayram şənliyi keçirdi (FOTO)

news photo

29.12.2016 16:00 // Cəmiyyət

Gənclər üçün Təhsil Mərkəzi-nin (GTM) Qarabağ Regional ofisinin nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

Tədbirdə çıxış edən GTM-nin Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında uşaq və yeniyetmələrə məlumat verərək, bu günün əhəmiyyətindən söhbət açıb. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün həyata keçirilən bayram tədbirində Ağcabədi Rayon İcra Hakimiyyəti nümayəndəsi Təyyar Hacıyev,Yeni Azərbaycan Partiyasının əməkdaşları Ramil Nağıyev , Mehman Novruzov , 2 saylı körpələr evinin direktoru Səadət Həsənova və ADPU Ağcabədi filialının müəllim və tələbə kollektivi çıxış edərək, iştirakçıları əlamətdar bayramlar münasibətilə təbrik edib, onlara xoşbəxtlik və firavan həyat arzulayıblar.

Sonda “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin şagirdlərinin ifasında musiqi nömrələri və səhnəciklər iştirakçılara əsl bayram ovqatı bəxş edib.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi