Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər təşkilatı “İdeya Planlama Xidməti” çərçivəsində növbəti görüş keçirdi

news photo

20.12.2018 13:56 // Gənclər üçün

Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisi qərb regionunda "İdeya  Planlama Xidməti"nin növbəti təlimini həyata keçirib.

Mərkəzdən Youthportal.az-a bildirilib ki, Azərbaycan Texnologiya Universitetində keçirilən təlim kursunun ikinci günündə   "İdeayadan biznesə" mövzusunda aparılan təlimlər özəl sektorda kapitalın formalaşdırılmasının effektiv yolları, kapital axınına nəzarət mexanizmləri, ehtiyac sferası üzrə satış bazarında tələbin həcminin müəyyənləşdirilməsi, təklif olunan xidmətlər və məhsullar üzrə bazarda qiymət siyasəti kimi mövzuları əhatə edib.

Qrup məşğələləri formatında davam edən təlim “Gəncə təlimçilik məktəbi”-nin  üzvü Onur Yusubov və Mərkəzin regional ofisinin rəhbəri Gulnar Məmmədova  tərəfindən keçirilib.

Qeyd edək ki, gənclərin ideyalarının  reallaşdırılmasına hesablanan bu təlimlərin sonunda iştirakçıların məlumat bazası yaradılacaq və onlar üçün əmək yarmarkaları təşkil ediləcək.

 

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah 32 dərəcə isti olacaq

“Qədim dil” dərsliyi nəşr olunub

Atəşkəs rejimini 22 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi