Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər təşkilatı dövlət qurumlarının iştirakı ilə koordinasiya görüşü keçirib (FOTO)

news photo

03.01.2019 10:34 // Gənclər üçün

Gənclər üçün Təhsil Mərkəzi Aran Regional ofisi, UNİCEF və Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Şirvan Gənclər Evində “İnteqrasiya olunmuş sosial xidmətlər modelinin” koordinasiya şurasının görüşü keçirilmişdir.

Mərkəzdən Youthportal.az-a bildirib ki, tədbiri Gənclər üçün Təhsil Mərkəzi Aran Regional ofisinin rəhbəri, layihənin regional koordinatoru Yusif Poladov açıq elan edərək , Mərkəzin fəaliyyəti çərçivəsində uşaqlar və ailələr ilə sosial işin təşkili və əlaqələndirmə mexanizminin qurulması, qanunla ziddiyyətdə olan, zorakılığa məruz qalan uşaqların sosial reabilitasiyası regionda uşaqların ən ümdə maraqlarının təmin olunması istiqamətində beş ay müddətində görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra Mərkəzə daxil olunmuş müraciətlərin və  problemlərin həlli istiqamətində koordinasiya qrupunun üzvləri olan Şirvan şəhər İcra Hakimiyyətinin, şəhər Polis şöbəsinin, şəhər Mərkəzi xəstəxanasının, Şirvan şəhər Dövlət Sosial Müdafiə Fondunun, Təhsil şöbəsinin əməkdaşları ilə müzakirə təşkil edilmişdir .

Sonda Yetkinlik Yaşına Çatmayanlara dair Ədalət Mühakiməsi (Yuvenal Ədliyyə) Sisteminin Təşviqi Proqramı çərçivəsində həyata keçirilmiş təlim iştirakçıları sertifikatlarla təltif olundular.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Azərbaycanda yay fəsli başlayacaq

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi