Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər təşkilatı cəbhəyanı bölgələrdə sahibkarlıq proqramına start verdi (FOTO)

news photo

26.08.2019 12:58 // Gənclər üçün

Gənclər üçün Təhsil Mərkəzi  cəbhəyanı bölgələrdə qadınlar arasında sahibkarlıq imkanlarının artırılması ,onların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində proqrama start verib.

Mərkəzdən Youthportal.az-a bildirilib ki, Bərdə rayonunda açılış mərasimində iştirak edən Gənclər üçün Təhsil Mərkəzinin içraçı direktoru Fəxrəddin Həsənzadə bildirmişdir ki , cəbhəyanı bölgələrdə əhalinin yaşayış səviyyəsinin artırılması bu gün dövlət siyasətinin əsas prioritetidir.Mərkəz olaraq həyata keçirilən proqram çərçivəsində  məhz qadınların məşğulluq imkanlarının artırılması ,onların kiçik biznesinin şaxələndirilməsi və davamlılığını təmin etmək əsas hədəfimizdir.

Görüş zamanı ekspertlər tərəfindən qadın sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması, ölkəmizdə kölgə iqtisadiyyatına qarşı mübarizə mexanizmi ,əmək müqavilələrinin icbariliyi haqqında fərdi  konsultasiya xidməti göstərilib.

Qeyd edək ki , uyğun təlim sessiyaları Tərtər və Ağdam rayonlarında da həyata keçiriləcəkdir.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi