Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri artırılıb

news photo

25.01.2019 13:07 // Siyasət

Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri artırılıb.

Youthportal/az “Report” a istinadla xəbər verir ki, bununla bağlı “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik təklif edilir.

Qanunun 4-cü (Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri) maddəsinə edilən əlavədə nəzərdə tutulur:

1.Aztəminatlı gənc ailələrin sosial müdafiəsi,

2.Gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi,

3.Gənclərin sosial-iqtisadi və mədəni inkişafı üçün tədbirlərin həyata keçirilməsi,

4.Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərin sosial, mənzil, təhsil problemlərinin həlli və asudə vaxtlarının səmərli keçirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi,

5.Gənclər arasında könüllülük fəaliyyətinin təşviqi,

6.Gənclər arasında hər növ ekstremizmin və radikalizmin qarşısının alınması,

7.Gənclərin fərdi inkişafı üçün qeyri-formal və informal təhsilalma imkanlarının yaradılması,

8.Gənclərin inkişafı, yeni biliklərə yiyələnməsi məqsədilə informasiya texnologiyaları, sosial şəbəkə və multimedia vasitələrindən istifadə sahəsində imkanların artırılması, bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinə, insanların şərəf və ləyaqətlərinin və şəxsi həyatın toxunulmazlığı hüququnun qorunmasına nəzarətin təmin edilməsi.

Dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi