Ru
Bakı
USD
EUR
GBP
RUB

“Gənclər siyasətinin Azərbaycan modeli” adlı beynəlxalq konfransın nümayəndələri Gənclər Fondunun qonağı olmuşdur (FOTO)

news photo

06.02.2019 14:28 // Gənclər üçün

Azərbaycan Respubliaksının Gənclər Fondunun dəstəyi və Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Gənclər siyasətinin Azərbaycan modeli” adlı beynəlxalq konfransın müxtəlif ölkələrdən olan nümayəndə heyəti Gənclər Fondunun qonağı olmuşdur.

Youthportal.az xəbər verir ki, nümayəndə heyətini Gənclər Fondunun beynəlxalq əməkdaşlıq və donorlarla iş şöbəsinin əməkdaşları salamlayaraq  Azərbaycan Respublikasının Gənclər Fondunun yaranma tarixi, fəaliyyəti, maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumat vermiş və Fondun prioritet istiqamətlərini qonaqların nəzərinə çatdırmışdır. 

Təqdimatdan sonra qonaqları maraqlandıran suallar cavablandırılmışdır. Qonaqlar Gənclər Fondunun fəaliyyətini yüksək qiymətləndirərək,  keçirilən görüşdən məmnunluqlarını ifadə etmişlər. Sonda qonaqlara Fondun hədiyyələri təqdim edilmiş və xatirə fotosu çəkilmişdir.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi