Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər Səudiyyə Ərəbistanıı Krallığında səfərdə olub (FOTO)

news photo

15.05.2019 11:24 // Gənclər üçün

Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında imzalanmış əməkdaşlıq protokoluna əsasən Gənclər və İdman Nazirliyinin bir qrup əməkdaşı, gənclər,  ümumilikdə, 8 nəfərdən ibarət nümayəndə heyəti Səudiyyə Ərəbistanıı Krallığında səfərdə olub.

Nazirlikdən Youthportal.az-a bildirilib ki, Səfər çərçivəsində  nümayəndə heyəti Mədinə,  Ər Riyad şəhərlərində bir qrup gənclərlə görüşlər keçirib,  Mədinə İslam Universiteti, Kral Abduləziz adına Dövlət Universiteti,  Kraliça Al Anoud adına Xeyriyyə Fondu və eyni zamanda,  Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində olublar.

Baş İdman İdarəsinin Gənclər proqramları üzrə baş direktoru Məhəmməd Favzan Əl Suşilem və qeyd olunan idarənin mübadilə proqramları sektorunun proqram direktoru Khalid Abdulaziz Əl Mahboob bir daha Azərbaycan nümayəndə heyətini Səudiyyə Ərəbistanında görməkdən məmnun olduqlarını bildirmiş, növbəti illərdə nazirliklər arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, yeni proqramların işlənib hazırlanması və cari proqramda iştirakçı sayının 15 nəfərədək artırılmasında maraqlı olduqlarını vurğuladılar.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Adagio” yenidən göstəriləcək

Bakalavrların nəzərinə!

Atəşkəs 21 dəfə pozulub

"Avroviziya-2019"un qalibi məlum oldu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi