Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər rəqəmsal ekosistem barədə məlumatlandırılıb (FOTO)

news photo

21.09.2018 11:06 // Gənclər üçün

Londonda fəaliyyət göstərən “BL Network” şirkətinin təşəbbüsü ilə sentyabrın 21-də Bakıda “Rəqəmsal erada gənclər üçün imkanlar” mövzusunda konfrans keçirilib.

Youthportal.az xəbər verir ki, konfransın məqsədi gəncləri Azərbaycanda və dünyada rəqəmsal ekosistem barədə məlumatlandırmaq, startapa necə başlamalı və maliyyə mənbələrinə çıxış yolları barədə həm praktik, həm də nəzəri cəhətdən bilikləri çatdırmaq olub. Xüsusən də, konfransda iştirak edən gənclərin kraudfandinq, kraudinvestinq, toxum investor, vençur kapital və mələk investorlarla bağlı bilik və bacarıqlarının artırılması hədəflənib.

Konfransda inkubasiya və akselerasiya prosesindən keçmək üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaratdığı “EnterpriseAzerbaijan.com” portalının imkanları da təqdim edilib.

“Rəqəmsal erada gənclər üçün imkanlar” mövzusunda konfrans İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə baş tutub. Konfransın təşkilatçısı “BL Network” Londonda əsasən, investisiya, bankçılıq, maliyyə, siyasət, hüquq, elm və fəlsəfə ilə bağlı mövzuların ətrafında beynəlxalq tələbələr və mütəxəssislər qrupu tərəfindən idarə olunur.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi