Ru
Bakı
USD
EUR
GBP
RUB

“Gənclər Kuboku: Aprel Zəfəri” layihəsinin final mərhələsi Ağdamda keçiriləcək

news photo

08.05.2019 14:48 // Gənclər üçün

“İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən“Gənclər kuboku:Aprel zəfəri” layihəsinin 1/8, 1/4, yarımfinal mərhələsi başa çatıb.

Youthportal.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2.2 maddəsində “gənclər arasında fiziki aktivlik səviyyəsinin artırılması, onların, eləcə də valideynlərin, müəllimlərin və gənclərlə işləyən digər şəxslərin sağlam həyat tərzi və fiziki aktivlik sahəsində maarifləndirilməsi, bununla bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi” müddəaları qeyd edilir. “İrəli” İctimai Birliyi dövlət proqramının alt sənədinə uyğun olaraq “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsini həyata keçirir.

“Gənclər Kuboku: Aprel Zəfəri” layihəsi 7 idman növünü əhatə edən və müxtəlif gənclər qrupları arasında keçirilən idman çempionatıdır. Layihədə Futbol, Voleybol, Peyntbol, Səmti müəyyənetmə, Atıcılıq, Velosiped, Atletika idman növləri üzrə yarışlar 1/8, 1/4, yarımfinal və final mərhələləri olmaqla həyata keçirilir.Layihəyə ümumilikdə 3000-ə yaxın gənc müraciət edib və 1000-ə yaxın gənc layihədə iştirak hüququ qazanıb. 16 komandanın iştirakı ilə başlayan yarışmada 1/8, 1/4, yarımfinal mərhələsi başa çatıb. Qaliblər final mərhələsinə yüksəliblər.Layihənin final və bağlanış mərasiminin Ağdam şəhərində həyata keçirilməsi planlaşdırılır.

“İrəli” İctimai Birliyinin “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsinin final yarışları Ağdam Olimpiya İdman Kompleksində keçirilməsi nəzərdə tutulub. Ağdam şəhərində layihənin final oyunları yekunlaşdıqdan sonra “İrəli” komandası və layihə iştirakçılarının Ağdam şəhərində yerləşən N saylı hərbi hissəyə gedərək vətən keşiyində duran əsgərlərlə görüşü baş tutacaq. Hərbi hissədə əsgərlərlə görüşdükdən sonra layihənin bağlanışmərasimininAğdam rayon Mədəniyyət Evindəbaş tutması planlaşdırılır.Tədbirdə dövlət rəsmiləri, Aprel qazilərinin iştirakı nəzərdə tutulub. “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsinə daxil olan idman növləri üzrə qalib gələn komandaların nümayəndələri kubok, medal və müxtəlif dərəcəli diplomlar, qiymətli hədiyyələrlə təltif olunacaqlar.

“Gənclər Kuboku: Aprel Zəfəri” layihəsində əsas məqsəd gənclərə vətənpərvərlik ruhunun aşılanması, vətənə sağlam gənclərin yetişdirilməsinə töhfə vermək, beynəlxalq arenada ölkəmizi təmsil etmək üçün gənclərin yetişdirilməsidir. Layihə Azərbaycan Ordusunun hərb tarixinə yazılan şərəfli, qürur tariximiz olan Aprel döyüşlərinə həsr olunub.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Atəşkəs 22 dəfə pozulub

Bazar günü 22 dərəcə isti olacaq

“İradənlə qalib gəl!”

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi