Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər Kuboku: Aprel Zəfəri

news photo

04.03.2019 13:10 // Gənclər üçün

Son illərdə ölkəmizdə olimpiya hərəkatının geniş vüsət almasının əsas səbəblərindən biri ölkə prezidenti İlham Əliyevin idmana verdiyi önəm və Azərbaycan gəncinin idmana artan marağıdır.

20 ildən artıqdır ki, dövlətin göstərdiyi qayğı nəticəsində Azərbaycan bir çox mötəbər yarışlarda layiqincə təmsil olunur və beynəlxalq arenalarda böyük uğurlar qazanır.

Bildiyimiz kimi, 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusu böyük qələbə qazandı. Məhz bu səbəbdən “İrəli” İctimai Birliyi “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsini təsis edir.Layihədə ümumilikdə 1000-dən artıq gəncin iştirakı nəzərdə tutulub.

Youthportal.az xəbər verir ki, yarışlar mütəmadi olaraq həftə sonları paralel şəkildə keçiriləcək. Layihədə iştirak edəcək gənclər  futbol, voleybol, peyntbol, səmti müəyyən etmə, atıcılıq, velosiped, yüngül atletika idman növləri üzrə yarışaraq qalibiyyət uğrunda mübarizə aparacaqlar.

Layihə mart-aprel aylarını əhatə edəcək. Gənclərin şəxsi təşəbbüsləri ilə formalaşdırılacaq olan qruplar arasında, püşkatmadan dərhal sonra 1/8, 1/4, yarımfinal və final mərhələləri oyunları baş tutacaq.

Yarışların həftə sonları istirahət günlərində keçirilməsi isə öz növbəsində tələbələrin asudə vaxtlarının daha səmərəli təşkilinə şərait yaradacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Atəşkəs 18 dəfə pozuldu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi