Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər Gününə həsr olunan musiqi müsabiqəsinin birinci turuna yekun vurulub (FOTO)

news photo

15.01.2019 13:28 // Gənclər üçün

Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan musiqi müsabiqəsinin birinci turunun ilk konserti keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konsert Şəmkirdə yerləşən “N” saylı hərbi hissənin Əsgər klubunda təşkil olunub. Müsabiqəyə Qazax və Gədəbəy rayonlarından hərbi qulluqçular və gənclər qatılıblar.

Bu müsabiqə milli mədəniyyətin və incəsənətin, eləcə də hərb ənənələrinin və hərbi xidmətin təbliği, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi və yaradıcılıq bacarıqlarının inkişafı, hərbi kollektivlərin möhkəmlədirilməsi, hərbi hissələrdə bədii özfəaliyyət kollektivlərinin yaradılması və hərbi qulluqçuların asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, ordu ilə cəmiyyət arasında əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə keçirilir.

İştirakçılar müsabiqənin şərtlərinə uyğun olaraq, vokal, rəqs, musiqi alətləri və bədii qiraət üzrə çıxış ediblər. Münsiflər heyəti tərəfindən əsasən musiqi alətlərində fərqli ifaya, səhnə davranışına üstünlük verilib. Ən yüksək bal toplayan 78 iştirakçı müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb. Ümumilikdə müsabiqəyə 154 nəfər qatılıb.

Müsabiqənin iştirakçıları olan gənclər və hərbi qulluqçular birgə nahar ediblər.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi