Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)

news photo

16.10.2019 15:36 // Gənclər üçün

Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Gənclər Fondundan Youthportal.az-a verilən məlumata görə, iclasda Fond tərəfindən 2019-cu ildə görülmüş işlər barədə, o cümlədən 12-ci qrant müsabiqəsinin nəticələri, Xaricdə Təhsil Proqramı, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müsabiqəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin fəaliyyəti, GəncLik proqramı, YayFest düşərgəsi, “Səyyar Gənclər Xidməti" və digər fəaliyyətlər haqqında hesabatlar dinlənildi.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin gənclərə qayğısının növbəti təzahürü olaraq, ölkənin şəhər və rayonlarında yerləşən Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin bölmələrinin yaradılması ilə bağlı 1 oktyabr tarixli Sərəncamından irəli gələn məsələlər müzakirə olunmuşdur.

Həmçinin, iclas çərçivəsində XIII qrant müsabiqəsinin (C kateqoriyası) üzrə nəticələri təsdiq edilmişdir.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi