Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər Fondunun dəstəyilə Kiyevdə “Azərbaycan-Ukrayna Gənclərinin I Forumu” keçiriləcək

news photo

04.09.2019 16:00 // Gənclər üçün

Bu ilin oktyabr ayında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Ukraynanın paytaxtı Kiyev şəhərində “Azərbaycan-Ukrayna Gənclərinin I Forumu”nu reallaşdıracaq. 

Youthportal.az xəbər verir ki, forum Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşacaq.

Layihənin əsas məqsədi yerli QHT-lərdə, mediada çalışan gənclərlə Ukraynadakı gənclər arasında koordinasiyanı təmin etmək, Azərbaycan həqiqətlərini Ukraynada yaymaq, gənclərin beynəlxalq aləmə inteqrasiyasını təmin etmək, ölkəmizin turizm potensialını dünyaya nümayiş etdirməkdən ibarətdir. Layihə çərçivəsində Azərbaycandan olan bəzi QHT və media rəhbərləri Ukraynada öz həmkarları ilə görüşəcək, panel müzakirələr reallaşdıracaqlar. Layihədə tərəfdaş qismində iştirak etmək üçün Azərbaycanın Ukraynadakı səfirliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə və Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarına müraciət edilməsi nəzərdə tutulub.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov bildirb ki, “bu layihə əslində”Azərbaycan-Slavyan Gənclərinin I Forumu”nun məntiqi nəticəsidir. Gələcəkdə eyniformatlı Forumları digər Slavyan ölkələrində də reallaşdırmaq niyyətindəyik. Uzun illərdən bəri arzuladığımız layihələri reallaşdırma imkanını verdiyinə görə ASGA İdarə Heyəti adında Gənclər Fonduna xüsusi təşəkkür edirəm. Ətraflı məlumat təşkilatımızın rəsmi veb səhifəsi olan www.ASGA.az saytında yerləşdiriləcəkdir”.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 22 dəfə pozulub

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi