Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər Fondu və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Biləsuvarda “Sağlam gənclik” layihəsi keçirilib (FOTO)

news photo

28.10.2019 14:20 // Gənclər üçün

25 oktyabr 2019-cu il tarixində Biləsuvar rayonunda Azərbaycan Respublikasının “Sağlam Gənclik” layihəsinə start verilib. Layihənin keçirilməsində əsas məqsəd gəncləri sağlam həyat tərzinə təşviq olunmasını təmin etmək, ekoloji sağlam həyatın inkişafına dəstək verməkdir.

Youthportal.az xəbər verir ki, gənclərin veloyürüşü ilə başlayan layihədə Biləsuvar 400-dən çox gənc iştirak edib. Biləsuvar rayonu Gənclərin Karyera və İnkişaf Mərkəzinin qarşısından start verilən yürüşdə velosipedçilər 10 km məsafə qət ediblər.

Tədbirdə Gənclər Fondun və Azərbaycan Velosiped Federasiyasının rəhbərliyi də iştirak edib. Çıxış edənlər velosiped idman növünün sağlamlıq üçün əhəmiyyətindən, regionlarda yaşayan gənclərin bu idman növünə cəlb edilməsinin vacibliyindən danışıblar. Tədbir zamanı gənclərə əyani olaraq velosiped üzərində praktiki təlimlər keçirilərək müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Daha sonra ərazidə velosiped dayanacaqları quraşdırılıb. Biləsuvar rayon Gənclərin İnkişaf və Karyera Mərkəzində yeni yaradılan veloklubda texniki ləvazimatlar və velosipedlər gənclərin ixtiyarına verilib. Layihə çərçivəsində Qazax, Şəmkir və digər bölgələrdə də analoji tədbirlər təşkil olunacaq.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Auditorlar Palatası imtahan keçirəcək

Məktəbdən peşəyə (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi