Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər Fondu təmas xəttində xidmət edən əsgər və zabitlərlə görüş keçirib (FOTO)

news photo

28.07.2018 11:39 // Gənclər üçün

Gənclər Fondu gənclərin vətənpərvər ruhda, dövlətimizə və milli - mənəvi dəyərlərinə bağlı vətəndaş kimi formalaşması istiqamətində fəaliyyətinin davamı olaraq, Milli Ordunun yaranmasının 100 illiyi münasibəti ilə iyulun 26-da Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərlə görüş keçirib.

Fonddan Youthportal.az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissədəki abidəsi önünə gül dəstəsi düzərək, ulu öndərin xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənov Azərbaycanda ordu quruculuğu tarixindən, xüsusilə də Silahlı Qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsində Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, Ulu Öndərin ordu quruculuğu siyasəti bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Silahlı Qüvvələrə göstərilən xüsusi qayğının nəticəsidir ki, Azərbaycan Ordusu bu gün regionun ən güclü ordusuna çevrilib və cəbhə xəttində erməni silahlılarının bütün təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınır, düşmənə layiqli cavab verilir

Çıxışlardan sonra hərbi xidmətdə göstərdikləri şücaətə görə bir qrup əsgər və zabit fəxri fərmanlarla və hədiyyələrlə təltif ediliblər.

Tədbirin bədii hissəsində Şəmistan Əlizamanlının iştirakı ilə konsert proqramı təşkil olunub və əsgərlərlə maraqlı interaktiv müsabiqələr keçirilib.

Nahar fasiləsi zamanı qonaqlar əsgərlərlə birlikdə əsgər yeməkxanasında nahar edib və 2016-cı ilin aprel ayında erməni işğaldan azad edilmiş ərazilərə səfər edərək, təmas xəttində xidmət edən əsgər və zabitlərlə görüş keçiriblər.

news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi